Hamiləlikdə su içmək

Hamiləlikdə su içmək

Опубликовано в: | 2019-03-11
Hamiləlikdə su içmək
İlk növbədə onu qeyd etmək lazımdır ki, hamiləlikdə gün ərzində 1.5 litrə yaxın su içmək mütləqdir, isti yay günlərində isə bu miqdar daha da arta bilər. Dərinin sağlamlığı birbaşa maye və qida qəbulundan asılıdır. Susuzluq - dərinin qurumasına, rəngin dəyişməsinə və xəstəliklərə daha həssas olmasına gətirib çıxarar.‼️
Odur ki, hamilə xanımlarımıza məsləhətimiz qızmar yay günlərində su qəbulunu unutmamaqdır. Dəri təmizliyinə diqqət yetirməklə yanaşı, hər dəfəsində günəş qoruyucu kremlərdən istifadə də vacibdir. Çimərlikləri və günəşlənməyi sevən hamilə xanımlara isə qoruyucu krem və ya sprey istifadə etməklə səhər saat 10-a qədər və 16-dan sonra 30 dəqiqədən çox olmamaq şərtilə günəş qəbul etməyə icazə verilir.
Dəridə meydana çıxan çəhrayı ağ rəngli, yara izinə bənzər dəyişikliklər stria gravidarum və ya hamiləlik çatları adlandırılır. Tipik görünüşü dəridə kiçik və çox dərin olmayan çöküntülər şəklindədir. Açıq dərili qadınlarda bu, çəhrayıya bənzər bir rəngdə ola bilər. Tünd dərililərdə isə ətrafındakı dəri rəngindən olduqca açıq rəngdə, hətta gümüş rəngində görüntüsü olur. Ağrılı olmur, lakin yüngül qaşınmaya səbəb olur. Həm mexaniki gərilmədən asılı olaraq, həm də hormonal səbəblərlə ortaya çıxa bilər. Ən çox qarnın alt nahiyələrində görülməklə yanaşı, budlarda, döşlərdə və hətta qollarda belə, ortaya çıxa bilər.

Müəllif: "Cərrah mama-ginekoloq" Dr. Xəyalə İsmayılova



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan