Qaraciyər yağlanması nədir?
Опубликовано в:
| 2019-02-28
Buna qaraciyərin steatozu (steato-yunanca yağlanma), qaraciyərin piy distrofiyası, piylənməsi, piy hepatozu, piy infiltrasiyası da deyilir. Əsas morfoloji əlaməti hepatositlərin (qaraciyər hüceyrələri) sitoplazmalarında piy damlalarının meydana çıxmasıdır. Hüceyrə patalogiyası olan steatoza yağ degenerasiyası və ya adipoz degenerasiya da deyilir. Steatoz hüceyrə daxilində lipidlərin anormal olaraq tutulması prosesi kimi təsvir edilə bilər. Bu normal sintez prosesinin və triqliseridlərin (yağların) eliminasiyasının pozulması ilə xarakterizə olunur. Əlavə lipidlər vezikullarda toplanmağa başlayır və sitoplazmanın yerini dəyişir. Vezikullar o qədər böyüyür ki, nüvəni də sıxışdırır. Bu vəziyyət makrovezikulyar steatoz adlanır. Digər hallarda bu proses mikrovezikulyar steatoz adı altında tanınır. Mülayim hallarda bu proses hüceyrəyə xüsusi zərər vurmasa da, geniş toplanmalar hüceyrə orqanellərini zədələyə bilər, hətta kəskin hallarda hüceyrə partlaya bilər. Steatozla əlaqəli risk faktorları dəyişkəndir. Şəkərli diabet, protein çatışmazlığı, hipertoniya, piylənmə, anoxia (oksigen çatışmazlığı) və yuxu apnoyesi problemləri olanlar ən əsas risk faktorları arasındadırlar. Qaraciyər lipid metabolizminin əsas orqanı olduğu üçün tez-tez steatoza məruz qalır, ancaq steatoz böyrəklər, ürək və əzələlərdə də baş verə bilər. Steatoz orqanın ölçülərinin böyüməsinə və rənginin açıqlaşmasına səbəb olur. Kəskin hallarda orqan çox böyümüş, yağlanmış olur və sarı rəngdə görünür.
QARACİYƏR YAĞLANMASI NECƏ ƏMƏLƏ GƏLİR?
Steatozun əmələ gəlməsinə səbəb olan bir mexanizm yoxdur. Bir çox alimlər aşağıdakı mexanizmin üzərində durur: Pataloji proses hüceyrədə lipidlərin normal hərəkətini pozur, lipidlərin hüceyrədən çıxmasında ləngimələr yaranması, onların kifayət qədər istifadə olunmaması və parçalanmasının ləngiməsi son nəticədə hüceyrədə lipidlərin toplanmasına gətirib çıxarır. Makrovezikulyar forma daha çox yayılmış formadır və yağların çox sintez olunması, az parçalanması ilə əlaqədardır. Buna obstruktiv yuxu apnoyesi, hipoksiya, piylənmə, insulin rezistentliyi, alkoqolizm və s. səbəb olur. Pis qadalanma zamanı adipositlərdən (piy toxuması hüceyrələri) lipidlərin mobilizasiyası baş verir və lipid metabolizminin baş verdiyi qaraciyərdə güclənmiş lokal lipid sintezinə səbəb olur. Uzun müddət həddən artıq alkoqol qəbulu da steatozun yaranmasına gətirib çıxarır. Etanolun orqanizmdə parçalanması ilə NADH şəklində kifayət qədər kimyəvi enerji hasil olunur. Bu da enerji hasilatının dayandırılması haqqında hüceyrəyə siqnal ötürür. Bu siqnal orqanizmdə yağların parçalanması prosesini ləngidir və yağ turşularının sintezini gücləndirir. Bu “yalançı enerji dövranı” lazım olandan artıq lipid əmələ gəlməsilə nəticələnir.
Müəyyən olunmuşdur ki, hətta az miqdarda belə alkoqolun qəbulu 2 gün sonra müəyyən miqdar hepatositlərdə piy distrofiyasının yaranması ilə nəticələnir. Xroniki erək-damar çatışmazlığı və hipoksiyaya gətirib çıxaran digər patalogiyalarda hepatositlərdə piylərin meydana çıxmasının bilavasitə səbəbi hipoksiya amilidir. Bu zaman ehtiyat lipoproteidlərin parçalanması sürətlənir və meydana çıxan əlavə lipidlər hepatositlərin sitoplazmalarında toplanıb onların piy distrofiyasına səbəb olur. Mikrovezikulyar yağ degenerasiyası hüceyrədə toplanan, kiçik intrasitoplazmatik yağ vakuollarının (liposomların) əmələ gəlməsilə xarakterizə olunur. Bunun ən yayqın səbəbləri tetrasiklinlər, hamiləlik, Reye sindromu və hepatit c virus infeksiyasıdır. Lipid metabolizminin pozulması normalda istifadə edilən lipidlərin hüceyrədə istifadə oluna bilməməsinə, onların orada yığılıb qalmasına səbəb olur. Alkoqol, karbon 4-xlorid, aspirin və difteriya toksini lipid metabolizmi də daxil olmaqla müxtəlif hüceyrə proseslərinə təsir göstərir. Gaucher xəstəliyi olanlarda lizosomlar lipidləri parçalaya bilmir və hüceyrədə glikolipidlərin toplanması nəticəsində steatoz əmələ gəlir. Protein aclığı zamanı kvaşiorkor (uşaq pellaqrası) xəstəliyində görüldüyü kimi hüceyrə daxili apoprotein prekursorlarının çatışmazlığı baş verir və normal halda lipoprotein sintezində iştirak edən istifadə edilməyən lipidlərin toplanması ilə nəticələnir.
HİSTOLOGİYA Steatoz histoloji olaraq parenximal hüceyrələrin liposomlarına birləşmiş membran daxilində fiziki lipid kimi görsənir. Həlledicilərdə lipidlər həll olduğu üçün belə maddələrdən istifadə etdikdə lipidlər həll olub getdiyi üçün mikroskop altında belə hüceyrələr daxilində boş dəliklər görsənir. Xüsusi lipid boyaları (Sudan boyası, osmium tetroksid) ilə boyadıqda hüceyrədə lipid damlalarını görmək olar. Steatoz orqanın ölçülərinin böyüməsinə və rənginin açıqlaşmasına səbəb olur. Kəskin hallarda orqan çox böyümüş, yağlanmış olur və sarı rəngli görünür.
RADİOQRAFİYA Komputer tomoqrafiyada (KT) güclənmiş yağ komponentləri qaraciyər toxumasının tündlüyünü azaldır və şəkildə daha az parlaq görsənir. Qaraciyər və dalağın tündlüyü təqribən eynidir. Steatozda isə bu orqanların tündlüyü və parlaqlığı arasında fərq olur. Qaraciyər daha tünd görsənir. Ultrasəs müayinəsində yağ toxuması daha exogenikdir (səs dalğalarını əks etdirmə qabiliyyəti). Qaraciyər steatozunun KT`də tünd, ultrasəsdə parlaq görünməsi bəzən flip-flop əlaməti kimi tanınır.
Müəllif: "İnfeksionist-Hepatoloq" Dr. Mərdan Əliyev
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir