Şəkərli diabetin tipləri

Şəkərli diabetin tipləri

Опубликовано в: | 2019-02-28
Şəkərli diabetin tipləri
Şəkərsiz diabetin dörd tipi ayırd edilir:
mərkəzi şəkərsiz diabet;
nefrogen şəkərsiz diabet;
dipsogen şəkərsiz diabet;
hestasion şəkərsiz diabet.

Əlamətləri Xəstəliyin əsas əlaməti poliuriya – sidik ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsi olaraq susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır.
Gecə saatlarında çoxlu sidik əmələ gəldiyinə görə xəstənin bir neçə dəfə yuxudan oyanması gecə yuxusunun pozulmasına, ümumi halsızlıq və yorğunluğun yaranmasına səbəb olur. Vaxtında diaqnoz qoyulmadıqda və adekvat müalicə başlamadıqda xəstənin orqanizmi susuzlaşır, dərisi quruyur, çəki azalır, baş ağrıları yaranır, ağız suyu ifrazı azaldığına görə ağızda quruma və yaralar əmələ gəlir.
Xəstədə arterial təzyiqin düşməsi və taxikardiyanın yaranması susuzlaşmanın ağırlaşması barədə xəbər verir. Susuzlaşma sinir sistemində də pozulmalara gətirib çıxarır. Xəstə ya çox oyanıq və aqressiv vəziyyətdə olur, ya da əzginlik, qızdırma, stupor, bəzən hətta komatoz vəziyyət inkişaf edir.

Müəllif: Endokrin Mərkəz


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan