Plevrit xəstəliyi nədir, əlamətləri və diaqnostikası
Plevrit dedikdə, parietal və visseral plevra təbəqələrinin diffuz və ya məhəlli irinli iltihabı, plevra boşluğunda irinin toplanması başa düşülür. Cərrahlıq praktikasında tez-tez rast gəlinən qeyri-spesifik irinli plevrit kəskin və xroniki şəkildə olur.
Kəskin irinli plevrit birincili və ikincili ola bilir. Birincili irinli plevrit köks boşluğunun açıq yaralanmalarında və əməliyyat zamanı infeksiyanın bilavasitə plevra boşluğuna düşməsindən inkişaf edir.
İkincili irinli plevritə daha çox rast gəlinir və əksərən ağciyərin müxtəlif iltihabı xəstəlikləri (plevro-pnevmoniya, qrippoz pnevmoniya, ağciyərə yad cisimlərin düşməsindən inkişaf edən iltihabi proses, irinləmiş exinokokk sisti və s.), qonşu orqanların irinli iltihabi prosesləri, ümumi septiki vəziyyət nəticəsində infeksiyanın və irinin plevra boşluğuna keçməsindən törənir. Əgər plevra boşluğunun irinli iltihabı pneymoniyanın bilavasitə ağırlaşması kimi törənirsə, parapnevmonik, pnevmoniyadan sonra inkişaf edirsə metapnevmonik empiema adlanır.
İrinli plevriti törədə bilən başqa səbəblərdən qonşu orqanların – divararalığının, perikardın, yemək borusunun, fəqərələrin, diafraqmaaltı sahələrin, böyrəklərin və köks boşluğu divarının irinli iltihabi proseslərini göstərmək olar. Plevranın və ağciyərlərin zədələnməsindən sonra irinli plevritin inkişaf edə bilməsi yuxarıda qeyd edilmişdir.
İrinli plevritin əlamətləri
Xəstəliyin klinik mənzərəsi irinli plevriti əmələ gətirən əsas səbəblərdən (pnevmoniya, travma və s.), infeksiyanın virulentliyindən, prosesin plevra boşluğunda yayılmasından, plevra boşluğunda toplanmış irinin miqdarından və s. amillərdən asılıdır. Xəstəlik tədricən (parapnevmonik empiema), bəzən isə (məsələn,, ağciyər absesinin, irinlənmiş exinokokk sistinin plevra boşluğuna açılmasında) çox kəskin və qəflətən başlayır. Əgər plevra boşluğunda birləşmələr yoxdursa, və irinlivin birdən plevra boşluğuna açılması baş verirsə, çox ağır bir vəziyyət meydana çıxır: kəskin tənəffüs çatmamazlığı, şok vəziyyəti, bronxlardan plevra boşluğuna keçmiş hava və yığılmış eksudatla ağciyərin sıxılması – kollapsı baş verir. Xəstələrdə temperatur yüksəlir, üşütmə, taxikardiya, tənəffüs pozğunluqları və hipoksiva əlamətləri meydana çıxır. Məhdudlaşmış irinli plevritdə isə xəstəliyin gedişi nisbətən yüngül olur.
İrinli plevritin diaqnostikası
Empiemanın diffüz (total) formasında diaqnozun təyini çətinlik törətmir. İltihabi prosesin məhdudlaşmış formalarında isə diaqnostik çətinliyə tez-tez rast gəlinir. Diaqnozun təyini sadə müayinə metodlarından (perkussiya, auskultasiya) başlanılır və rentgenoloji müayinə ilə dəqiqləşdirilir. Rentgenoloji müayinə prosesin lokalizasiyasını, yayılma dərəcəsini, irinin miqdarını, divararalığı orqanlarının yerdəyişməsini aydınlaşdırmaqda əsas rol oynayır. Eksudatın xarakterini, miqdarını və mikrofloranm növünü müəyyənləşdirmək üçün plevral punksiya aparılır. Məhdudlaşmış empiema zamanı punksion diaqnostika Plevra boşluğunda irinin toplanmasıperifcrik qanda iltihabi prosesə xarakter dəyişikliklər: yüksək leykositoz, leykoformulada sola meyillilik, EÇS-in artması, hipoproteinemiya və s. müəyyən edilir.
İrinli plevritlə əlaqədar bir neçə ağırlaşmalara (plevra boşluğunda toplanmış irinin bronxa, perikard boşluğuna, diafraqmaaltı sahəyə açılması) təsadüf edilir. Empiemanın bronxa açılması xəstə öskürdükdə pis qoxu verən çoxlu irinli bəlğəmin xaric olmasına, prosesin diafraqmaaltı sahəyə və qarın boşluğuna yayılması isə peritonitin inkişafına səbəb olur.
Müəllif: "Tokaral Cərrah" Dr. Cəmil Ələkbərov.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir