Qanqlion kisti
Опубликовано в:
| 2019-02-23
Qanqlion kisti - hiqroma oynaq və ya vətərlərin üzərində çıxan, içi gel xarakterli maye ilə dolu olan xoş xassəli şişlərdir. Əldə, həm də pəncədə çox rast gəlinən kistlərdir. Daha çox əl biləyi üst hissəsində əmələ gəlir; bəzən əl biləyinin iç tərəfində nəbz alınan bölgə ilə baş barmaq arasında da, bəzən də barmaqların oynaq olan hissələrində yarana bilər. Daha çox 20-40 yaş arası qadınlarda rast gəlinir.
Qanqlion kistin yaranma səbəbi daha çox təkrarlanan mikrotravmalara, ağır yük qaldirmaqla bağlıdır. Bəzən birdən-birə yarana bilər və tədricən böyüyür. Müalicəsi isə kistin boşaldılması, kistin kapsulla birgə çixardılması ile aparılır.
Bele halda doğru olan ortopedə müraciət etməkdir.
Müəllif: "Travmatoloq-ortoped" Dr. Nicat Bağışov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir