Anaplastik tiroid xərçəngi

Anaplastik tiroid xərçəngi

Опубликовано в: | 2019-02-21
Anaplastik tiroid xərçəngi
Tiroid vəzin Anaplastik karsinomları, xərçəng tipləri arasında ən aqressiv törəmələrdən olub, çox hallarda ölümlə nəticələnir. Kişilərdə qadınlara nisbətən daha sıx rastlanır. Anaplastik Tiroid xərçəngi daha çox yaşlı insanlarda (65 yaş və sonra) müşahidə olunur.
Araşdırmalara görə Anaplastik tiroid xərçəngi çox sürətlə inkişaf edir, sərt olur, ətraf toxumalara yayılır, çox hallarda ağciyər və sümüklərə metaztaz verir.
Anaplastik karsinomlar müalicəyə baxmayaraq çox sürətlə böyüyür və digər orqanlara metastaz verdikdə, ölüm riski artır, müalicəyə baxmayaraq, xəstələr ortalama 1 il yaşayır.
Anaplastik Tiroid xərçənginin müalicəsi standart Total Tiroidektomidir. (tiroid vəzin təmamilə xaric edilməsi) Total tiroidektomiya aparılmırsa, pasientin boğulmasının qarşısını almaq məqsədi ilə trakeostomi aparılır. Adətən əməliyyatdan sonra radioterapiya tətbiq edilir.

Müəllif: "Cərrah-endokrinoloq" Dr. Sadiq Bəbirov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan