Triod vəzi
Опубликовано в:
| 2019-02-21
Tiroid vəzi boynumuzun ön tərəfində yerləşən bir orqanımızdır.
Tiroid vəzinin funksiyası - tiroid hormonlarını hazırlamaq, saxlamaq, ehtiyac olduğunda qana ötürmək və beləliklə də metabolizmamızı tənzimləməkdir.
Tiroid vəz- kiçik bir vəzdir;
15-20 qram ağırlığında, bir qoz böyüklüyündədir.
Boynun ön tərəfində dərinin altında yerləşir və formaca kəpənəyə oxşayır.
Tiroid vəzi qida və su ilə alınan yodun mineralı ilə tiroid hormonlarını hazırlayır.
Su və qidalarla alınan yod bağırsaqlardan qana keçdikdən sonra boynumuzda yerləşən tiroid vəzinə gəlir və tiroid hormonlarının hazırlanmasında istifadə olunur.
Vücudumuzdakı bütün hüceyrələr tiroid hormonlarından təsirlənir. İnsanın, ana bətnindəykən inkişafı, doğulduqdan sonra böyüməsi və bütün metabolizma fəaliyyəti tiroid hormonları tərfindən idarə olunur.
Tiroid hormonlarının orqanizmamızda demək olarki, təsir edə bilmədiyi hüceyrə yoxdur.
Miokard infarkt, qanda xolesterol, bədənin ağırlığı, əzələlərin güclü olması, aybaşı dönəmi, dəri və dırnaqlar, sümüklər, cinsiyyət orqanları, beyin və psixoloji vəziyyətimiz də tiroid hormonlarından təsirlənir.
Müəllif: "Cərrah-endokrinoloq" Dr. Sadiq Bəbirov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir