Ev tozu allerqiyası

Ev tozu allerqiyası

Опубликовано в: | 2019-02-21
Ev tozu allerqiyası
Ev tozuna qarşı olan allergiyanın əlamətləri aşağıdakılardır:
-daha çox səhərlər müşahidə olunan və gün ərzində davam edən asqırma, burunda qaşınma, burun tutulması və axması
-gözlərdə qaşınma və qızarma
-öskürək.
Ev tozu gənələri gözlə görülməyən 0,1-0,5mm ölçüdə canlılardır. Yaşamaları üçün 20-30 dərəcə istilik ideal şəraitdir. Ev nə qədər təmiz olursa olsun hər evdə yastıq, yorgan, xalça, palaz, kitab rəfi, yumşaq oyuncaq, divan və kresloda ev tozu gənələri olur. Bu gənələrin ifrazatı incə toz şəklində olub nəfəs yolu ilə orqanizmə daxil olduğunda allergik reaksiyaya səbəb olur. Ev tozuna allergiyası olan insanlar aşağıdakı qaydalara əməl etməlidirlər:
-hər həftə yatak örtük dəsti 60dərəcə istilikdə yuyulmalı 
-pərdələr ayda 1 dəfə eyni qayda ilə yuyulmalı 
-evdə yuxarıda sadaladığımız toz yığan əşyalar olmamalı(dəri və sintetik örtülü divan kreslo olmalı)
-ev bitkisi saxlanmamalı
-evdə quru təmizlik tozsoranla aparılmalı və hər gün yaş təmizlık aparılmalı Ev tozundan tam olaraq qaçınmaq mümkün olmadığı üçün müalicə almaq mütləqdir. 
Unutmayın:
BRONXİAL ASTMA KİMİ AĞIR XƏSTƏLİYİN ƏSASINDA DA ALLERGİK REAKSİYA DAYANIR!

Müəllif: "Allerqoloq" Dr. Nigar Təhməzova.


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan