Unutqanlıq haqqında bilməmiz gərəkənlər

Unutqanlıq haqqında bilməmiz gərəkənlər

Опубликовано в: | 2019-02-20
Unutqanlıq haqqında bilməmiz gərəkənlər
Unutqanlıq, yaddaşsızlıq, diqqətdə azalma, konsentrasiya problemləri çox insanın şikayət etdiyi problemlərdir. Bu problemlərin səbəbi əsasən iki cürdür. Bunlardan birincisi orqanik mənşəli xəstəliklərin nəticəsində yaranan, ikincisi isə psixiatrik/psixolojik səbəblər nəticəsində yaranan səbəblər.

Diqqət əksikliyi, konsentrasiya pozulması, adi unutqanlıqlar kimi şikayətlər əgər uşaqlıqdan varsa (belə uşaqlar adətən hərəkətli, impulsiv olurlar (ancaq belə olmaları şərt deyil)), Diqqət Əksikliyi Hiperaktivlik Pozuntusu adlı xəstəliyin əlamətləri ola bilər.

Və ya unutqanlıqla başlayan yeni məlumatları öyrənə bilməyən və ya öyrənmə istəyinin olmaması kimi problemlər yaşayan, özlərindən daha çox yaxınlarının bu vəziyyətdən şikayətçi olduğu bir xəstəlik qrupu isə Demensiya xəstəlikləridir. Bu xəstəlik daha çox 65 yaşdan böyüklərdə ortaya çıxır.

Ən çox rastlaşdığımız hallara isə gündəlik məlumatları unutma, planlanan işləri unutma, işdə, evdə yol gedərkən diqqətsizlik nəticəsində yaranan kiçik axsamalar və ya qəzalar misal çəkilə bilər. İmtahana hazırlıq dövründə və ya kitab oxuyarkən “Oxuyuram, amma bir də baxıram ki eləcə oxumuşam, fikrim isə başqa yerdədir” kimi şikayətlər isə daha çox psixiatrik/psixolojik problemlər nəticəsində yaranır.

Başqa hansı səbəblər unutqanlıq yarada bilər?
Unutqanlıq yaradan, lakin nisbətən daha az görülən səbəblərə Tiroid vəzin yaxşı işləməməyinə, bəzi vitaminlərin azlığına bağlı, istifadə olunan tibbi dərmanlara, xəstəxanada uzun müddət ağır xəstəliklərdən müalicə alma kimi müxtəlif səbəbləri misal çəkə bilərik. Başda saydığım şikayətlərin səbəblərindən asılı olaraq müalicə üsulu dəyişməklə birgə bir çox halda bu problemlərdən qurtulmaq mümkündür.

Müəllif: "Psixiatr" Dr. Fuad Bəşirov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan