Osteodensitrometriya

Osteodensitrometriya

Опубликовано в: | 2019-02-15
Osteodensitrometriya
OSTEODENSİTOMETRİYA:
Densitometriya ( latın sözu olub densitas –sıxlıq, metria –ölçmək deməkdir). Sümük toxumasının sıxlığını və mineral kütləsini müəyyən etmək üçün istifadə olunan müayinə üsuludur. Sümük toxumasının sıxlığı rentgen və ya ultrasəs densitometriyası vasitəsi ilə təyin olunur. Densitometriya zamanı alınan nəticələr kompyüter proqramı vasitəsilə eyni yaşa və cins qrupuna daxil olan insanların normal göstəriciləri ilə müqayisə edilir. Sümük toxumasının möhkəmliyini və eləcə də mexaniki təzyiqlərə qarşı davamlılığını aşkara çıxaran metod, məhz densitometriyadır.

DENSİTOMETRİYAYA GÖSTƏRİŞ:
Densitometriyanın aparılmasında əsas məqsəd osteopeniya və osteoparozu müəyyən etməkdir. Osteoparoz – sümük toxumasında mineral sıxlığın azalması və kövrəkliyin artması deməkdir. Osteoparoz çox geniş yayılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə daha çox rast gəlinir. Sümük toxumasının sıxlığına və mineral kütləsinin azalmasına şübhə olan hallar densitometriyada göstərillir. 40 yaşdan yuxarı qadınlarda və erkən menopauza dövründə, kişilərdə isə 60 yaşdan yuxarı bu müayinənin aparılması məsləhətdir. Qalxanvariətraf vəzin xəstəliklərində (hiperparatireoz), cüzi travmalar nəticəsində yaranan sınıqlarda, qlükokortikoidlər, oral kontraseptlər, trankflizatorlar və psixotrop preparatlar qəbul edən şəxslər üçün də densitometriyanın aparılması vacibdir. 

OSTEOPAROZ VƏ ONUN NƏTİCƏLƏRİ:
Osteoparoz (yunanca osteo sümük, poros-dəlik deməkdir)- sümük sisteminin pozulması və sıxlığının azalması ilə xarakterizə olunan xəstəlikdir. Osteoparozun əsas fəsadı kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir. Osteoparoz zamanı onurğanın sınığı ağır yük qaldırma və bədənin sirkələnməsi zamanı baş verə bilər. Dünyada yaşlı insanların əlilliyinin və ölümünün əsas səbəblərindən biri osteoparoz hesab olunur. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə əhalinin ölüm səbəbinə görə, osteoparoz dördüncü yerdədir (onkoloji, ürək –qandamar sistemi və şəkərli diabetdən sonra). 60 yaşdan yuxarı qadınlarda bud sümüyü boynunun sınıqlarının əsas səbəbi osteoparoz göstərilir. Hal-hazırda müasir cərrahi müdaxilələrin yeniliklərinə baxmayaraq bud sümük boynunun sınıqları çox vaxt ölümlə nəticələnir və bu rəqəm bəzən 50-70 % çata bilir.
Osteoparoza və osteopeniyaya yol açan bir sıra hallar vardır:

Bədən çəkisin azalması
Cinsi hormonların az olması
Oturaq həyat tərzi (2 aydan çox yataq rejimi, əlillər üçün kreslodan istifadə)
Siqaret, alkoqol və narkotik vasitələrindən istifadə.
D vitamin çatmamazlığı
Kalsium mübadilə pozulması
Qalxanvariətraf vəzin xəstəlikləri
Osteparoz pasientlərdə narahatlıq yaratmadığına görə onlar həkimə çox vaxt sınıqlardan sonra müraciət edirlər.

DENSİTOMETRİYANIN NÖVLƏRİ:
Densitometriyanın bir-birindən fərqli iki növü vardır: Rentgen densitometriyası zamanı sümük toxumasının sıxlığı rentgen şəkillərinin çəkilməsi vasitəsi ilə aparılır. Ultrasəs densitometriyası isə sümük toxuması boyunca ultrasəs dalğalarının yayılması sürətini ölçən cihaz vasitəsi ilə aparılır. Sümük toxuması nə qədər sıx olarsa, bir o qədər ultrasəs dalğası tez ötürülür. Osteoparozun diaqnostikasında ultrasəs densitometriyası şüa verməyən müayinə metodudur. Alınan nəticələr kompyüter vasitəsilə ekrana ötürülür. T və Z indeks göstəriciləri əsasında həkim, osteoparoz və onun fəsadları haqqında məlumat almış olur. Densitometriya osteoparozun ilkin əlamətlərini belə aşkara çıxarmağa imkan verir. Ultrasəs densitometriya müayinəsi tez bir zaman ərzində aparılması və orqanizmə tam zərərsiz olması ilə fərqlənir. Hamilə qadınlarda belə densitometriya müayinəsi aparıla bilər.

DENSİTOMETRİYANIN APARILMA QAYDASI:
Rentgen densitometriyasının standart nöqtəsi sümük toxuma sıxlığı rentgenoqrammasının çəkilməsi yolu ilə aparılır. Standart nöqtə üçdür.

Bud sümüyünün boynu
Onurğanın bel nahiyyəsi
Mil sümüyü

Bu müayinə metodunda standart nöqtələrdə sümük sıxlığı təyin olunur, yaş və cins qrupuna görə müqayisə edilir. Standatr göstəricilərlə müqayisə əsasında T və Z indeksləri hesablanır. Densitometriya nəticələri indekslərin göstəriciləri əsasında dəyərləndirilir.

T və ya Z indeksi– 1,5-0 sümük toxumasının normal sıxlığı
– 2,5 – – 1,5 qədər osteopeniya
-2,5 aşağı osteoparoz deməkdir.

Ultrasəs densitometriyası borulu sümüklərin sıxlığını müəyyən etmək üçün istifadə olunur. Bu ötürücü vasitəsilə ultrasəs dalğası sümük toxumasının səthinə yayılmasına əsasən mineral sıxlığı təyin edilir. Bir tsikl ərzində cihaz minə qədər ölçmə aparır. Müayinə olunan nöqtələrin hər birində isə 3-5 tsikl aparıla bilər. Nəticələr eyni ilə rentgen densitometriyada olduğu kimi qiymətləndirilir. Rentgen və Ultrasəs densitometriyasının nəticələrinin bir-biri ilə fərqlənməsinə baxmayaraq, nəticə etibarı ilə sümük toxumasının sıxlığlını hər iki metod, eyni dərəcədə müəyyən edir. Rentgen densitometriyasının üstünlüyü həkimin təcrübəsindən aslı deyil. Ultrasəs densitometriyasının üstünlüyü isə pasientin şüa təsirinə məruz qalmamasındadır.

Müəllif: Endokrin Mərkəz


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan