Endokrin Pozucular

Endokrin Pozucular

Опубликовано в: | 2019-02-14
Endokrin Pozucular
Endokrin pozucular vəya ksenohormonlar - xaricdən qəbul edilən və bədənin endokrin funksiyalarını pozan, sağlamlığa ciddi ziyan vuran maddələrdir. Oyuncaq, təmizlik vasitələri, şampunlar, plastik qablar, selofan paketlər və s. gündəlik həyatımızda çox istifadə etdiyimiz bu vasitələrin tərkibində olan kimyasallar uşaqlarda inkişaf geriliyi, piylənmə, erkən vəya gecikmiş cinsi inkişaf, xərçəng və s. kimi ciddi xəstəliklərə yol aça bilirlər. Bətndaxili perioddan etibarən, uşağın sağlam böyüməsi, yaşına uyğun boy-kilo artımı göstərməsi, zehni inkişafı üçün endokrin sistemi qüsursuz fəaliyyət göstərməlidir.
Endokrin pozucular (Jammer) hormonların sintez və aktivliyinə hüceyrə səviyyəsində təsir edərək endokrin disbalansa yol açır.

1000 yaxın endokrin pozucu vardır ki, bizlər, günlük yaşamda, istər evdə, işdə, istərsə də qidalarla-bunlarla qarşılaşırıq:təmizlik vasitələri, şampunlar, kosmetik ürünlər, paket şəkilli qidalar, plastik qablarda sular, market şirniyyatları, mövsümündə yetişməyən parnik tərəvəzləri, müxtəlif günqoruyucu kremlər və s. Nəzərə alsaq ki, uşaq orqanizmi çox həssasdır, erkən yaşlardan bu vasitələrin təsiri daha ciddi ola bilər.
Nə etməli: uşaqlara, həkim təyinatı olmadan vitamin vəya dərman verməyin, mövsümündə yetişən meyvə-tərəvəz istifadə edin,market şirniyyatlarından uzaq durun, suyu şüşə qablarda saxlayın, ananın krem və kosmetikasından uzaq tutun, evdə təmizlik işləri görəndə, imkan varsa, uşaq evdə olmasın və həmin günü evi yaxşıca havalandırın, oyuncaq seçiminə daha həssas yanaşın (qoxusu olan oyuncaqları uşaqlara verməyin), uşaq paltar və oyuncaqlarını ilk istifadədən öncə mütləq yuyun. Sağlam və təbii qidalara üstünlük verin.

Müəllif: "Pediatr-endokrinoloq" Dr. Ləman Sultanova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan