Astma xəstəliyi
Опубликовано в:
| 2019-02-14
Astma qəbul edilən havanı hava kisəciklərinə ötürən və hava yolları deyilən kiçik borucuqların daralması nəticəsində ortaya çıxan xəstəlikdir. Xəstəlik hava yollarının tıxanmasının səbəb olduğu öskürək tutmaları şəklində özünü göstərir. Astma xəstələrinin həkimə müraciət etmə səbəbləri əsasən öskürək, nəfəs darlığı, xırıltılı nəfəs alıb-vermə və sinədə sıxılma hissidir.
Bu əlamətlərin astma diaqnozunun qoyulmasına dəlalət edən xüsusiyyətləri isə təkrarlanan olmaları, gecə və səhərə yaxın ortaya çıxmaları, bəzən allergik maddələrə məruz qalınması və ya idman məşqlərindən sonra baş verməsidir. Bu əlamətlər öskürək tutmaları arasındakı intervalda baş vermir, bu müddətdə xəstələr özlərini yaxşı hiss edir. Astmanın diaqnozu xəstənin detallı tarixçəsi, müayinənin nəticələri və tənəffüs yollarının funksiyası testləri ilə qoyulur.
Müəllif: "Allerqoloq-immunoloq" Dr. Günel Məmmədova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir