Disbakterioz

Disbakterioz

Опубликовано в: | 2019-02-03
Disbakterioz

Filogenetik inkişaf prosesinin gedişində orqanizmdə mikroekoloji system formalaşmışdır. Başqa sözlə, makroorqanizm ilə onda məskunlaşmış olan mikroorqanizmlərdən ibarət mikrob populyasiyası arasında dinamik fizioloji tarazlıq yaranmışdır. İnsanın mikroflorası müxtəlif mikrobiosenozlardan (biotoplardan) ibarətdir və onlar makroorqanizm, xarici mühit və öz aralarında optimal tarazlıq vəziyyətini saxlayırlar. İnsanın mikroflorası, demək olar ki, bir qramda 1015 mikrob hüceyrəsindən ibarət olub, iki dəfə makroorqanizmin hüceyrələrindən çoxdur. Mikrobların 60%-i mədə-bağırsaq traktında və bunun da böyük hissəsi yoğun bağırsaqda lokalizə olunmuşdur.

Bağırsaqda normal olaraq, 90-98% anaerob bakteriyalardan ibarət mikroflora rast gəlinir. Bunlara spor əmələ gətirməyən anaerob bakteriyalar-bifido-bakteriyalar, laktobakteriyalar və bakteroidlər aiddir. Praktik olaraq, sağlam şəxslərdə bağırsaq mikroflorasının 85-98%-ni bifidobakteriyalar təşkil edir. Şərti anaerob və aerob mikroblar, bağırsaq mikroflorasının 5-10%-nə bərabərdir. Birinci hissə mütləq (obliqat), ikinci isə fakültativ hissə adlanır (bağırsaq çöpləri, streptokoklar, laktobasillər, enterokoklar). Bunlardan başqa bağırsaqda çox az miqdarda (0,01%) proteylərə, göbələklərə, stafilokoklara rast gəlmək olur. Normada anaerob mikrobların aerob mikroblara olan nisbəti 10:1-dir.

Qeyd etmək lazımdır ki, mədənin şirəsində PH üç vahiddən aşağı olduğu təsadüflərdə, burada mikroblar tapılmır. Ancaq, bir çox hallarda mədədə, selikli qişa ilə applikasiya olunmuş halda Helicobakter piyləri məskunlaşır. Bundan başqa, mədə də streptokok. laktobasil, kandida rast gəlinə bilər. Mədənin turşuluğu onu mikroblardan qoruyur. Acı bağırsaqda, o cümlədən onikibarmaq bağırsaqda mikroflora seyrəkdir. Burada əsasən bifidobakterlər, laktobasillərə, sterptokoklara, enterokoklara, bakteroidlərə rast gəlinir. Qalça bağırsaqda, xüsusilə onun distal hıssəsində enterobakteriyaların və anaerob bakteriyaların sayı artır. Mədə də mikroorqanizmlərin sayı 0-10 və nazik bağırsaqda isə 102-104 arasında tərəddüd edir. Nazik bağırsaqda bu göstəricinin 105-dən artıq olması mikroekologiyanın pozulmasını. patologiyanı göstərir. Yoğun bağırsaqda bakteriyaların ileosekal qapağın hesabına retroqrad olaraq, nazik bağırsağa daxil ola bilməməsi, nazik bağırsağın vaxtlı-vaxtında boşalması, mədənin turşuluğu, öd, pankreas və bağırsaq fermentləri, nazik bagırsaqda mikrobların artıq dərəcədə boy atmasına imkan vermir.

Oqranizmdə mikrobların ən çox yerləşdiyi yer mədə-bağırsaq traktıdır. Burada yoğun bağırsaq, sonda isə düz bağırsaq başlıca yer tutur. Mikrobların biokütləsi yoğun bağırsağın çəkisinin 5%-ni, fekaliyanın 55%-ni təşkil edir. Burada qrammənfi və qrammüsbət çöplər, qrammüsbət kokklar, eubakteriyalar, kolikobakteriyalar (eşerixiyalar) vardır. Mikroblar həm bağırsaq divarında və həm də bağırsaq daxilində koloniyalaşmışdır. Bağırsaq divarında. əsasən kript epiteliyasında mikrobların koloniyaları yerləşir. Mikrobların əsas hissəsini mütləq anaeroblar (bifidobakteriyalar) təşkil edir. Bunlardan başqa, şərti (fakültətiv) anaeroblara (laktobasillər) və çox az miqdarda aerob mikroorqanizmlərə rast gəlinir. Normal halda bağırsağın selikli qişası yuxanda göstərilən normal mikroflora ilə birlikdə selikli qışanın və mikrobların məhsullarından ibarət mikropərdə ilə örtülmüşdür. Burada müxtəlif mikroorqanizmlər və makroorqanizm öz aralarında və xarici mühitlə qarşılıqlı dinamik tarazlıq vəziyyətində yaşayırlar. Yuxanda qeyd edildiyi kimi, orqanizmdə olan mikroflora mikrobiosenoklardan ibarətdir və onların hamısı birlikdə, yoğun bağırsaqda, normada bir qramda 1012- 1014 mikroorqanizm hüceyrəsi olmaqla limitləşir. Mədə şirəsi, öd turşusu duzları, yerli sekretor immunoqlobulinlər, selikli qişa epitelinin təzələnməsi bağırsağın propulsiv motorik boşalması nazik bağırsağının artıq mikrob kolonizasiyasının qarşısını alır.

Təsnifat. Disbakterioz etiologiyasına görə stafilokok, klebsyell, protey, bakteroid, klostridioz, kandidomikoz, laktozoneqativ, eşerxiya və sair mənşəli növlərə ayırd olunur. Xəstəliyin klinik gedişində dörd mərhələ ayırd edilir. Birinci mərhələ latent və ya subklinik mərhələ adlanır. Bu zaman bağırsaqda bifidobakteriya və laktobakteriyaların sayı azalmağa meyl edir, bəzən azalmış olur, ancaq onu eşerixiyaların azalması və ya artması ilə kompensasiya olunur. Sözügedən mərhələ kompensator mərhələ adlanır. İkinci mərhələdə bifidobakteriya və laktobakteriyaların azalması fonunda şərti patogen bakteriyalann artması qeyd edilir. Disbakteriozun üçüncü mərhələsində bifidobakteriya və laktobakteriyaların xeyli azalması fonunda patogen mikrobların artması və bağırsağın disfunksiyası müəyyən olunur. Dördüncü mərhələdə bağırsaqda əsasən proteylər, göy-yaşıl irin çÖpləri və göbələklər, əsasən məskunlaşır. Disbakteriozun dərəcələri I (+), II (++), III (+++) və IV (++++) olmaqla qiymətləndirilir.

Klinika. Disbaktenoz təsadüflərinin üçdə-biri latent şəkildə mövcud olur və yalnız koprobakterioloji tədqiqat vasitəsilə aşkara çıxarılır. Klinik olaraq o, özünü aşağıdakı əlamətlərlə büruzə verir:

-     diareya və ya qeyri-stabil defekasiya;

-     meteorizm;

-     qarında müxtəlif dərəcəli və lokalizasiyaya malik ağrılar;

-     malabsorbsiya əlamətləri;

-    qarında    palpator   olaraq    meteorizmin, bəzən   ağrının, qurultunun müəyyən edilməsi.

Xəstəliyin klinikasında yerinə yetirilən instrumental müayinələrin, o cümlədən rentgenoloji və endoskopik müayinələrin nəticələri demək olar ki, fərqlənmir. Kalın mikrobioloji tədqiqatı bağırsaqda bifidobakteriya, laktobakteriyaların və həm də bağırsaq çöplərinin azalmasını və patogen mikrofloranın meydana çıxmasını göstərir. Kalda həzm olunmamış sellüloz., nişasta hissəcikləri, sabunlu maddələr, yağ turşuları tapılır. Burada qələvi fosfataza və enterokinaza fermentlərinin konsentrasiyası anır. Laktuloza sınağı müsbət nəticə verir, yəni onun qobulundan sonra nəfəsvermə havasında hidrogenin miqdarı xeyli artır. Nazik bağırsaqdan götürülmüş aspirasiya möhtəviyyatının əkilməsi istifadə olunur.

Disbakteriozun müalicəsində tərkibində bifidobakteriyalar olan bifidokefir, bifidosüd, bifidoyoqurt, bifidoqaymaq, bififilin, bifıdum-bakterin kimi preparatlardan istifadə edilir.

Qida lifləri nazik bağırsaqda həzm olunmur, yoğun bağırsaqda isə bağırsaqdaxili normal mikrofloranın inkişafına şərait yaradır. Onlar yoğun bağırsağın peristaltikasını gücləndirir, kalın, metabolitlərin, toksik maddələrin xaric olmasını təmin edir.

Oliqosaxaridlər bağırsaqda bifidobakteriyaların inkişafına yol açır. Onlar sözügedən bakteriyaların fermentləri ilə parçalanırlar. Patogen mikroblar oliqosaxaridlərdən istifadə etmək qabiliyyətinə malik deyildir; müvafiq fermentləri yoxdur. Oliqosaxaridlər monosaxarid qalıqlarından əmələ gəlirlər. Onlara əsasən bitkilərdə, meyvələrdə və süd-də rast gəlinir (inulin, fruktozooliqosaxarid, qlükooliqosaxarid, qlükan, laktoluza, dekstran və s).

Eykosapentanoik turşusu doymamış yağ turşularına aiddir və balıqlardan, mollyuskalardan, dəniz yosunlarından hasil olunur. Belə preparatlardan eykanolu, eykafitolu göstərmək otar. Onlar bağırsaqda mikroorqanizmlərin lipid mübadiləsində, turşu-qələvi müvazinətində, oksidləşmə-bərpa proseslərində fəaliyyətini stimullaşdırır. Qıcqırma dispepsiyasında rasionda karbohidratların miqdarını azaltmaq, zülalın hissəsini artırmaq (bişmiş ət, omlet, qatıq, kəsmik və s) məsləhətdir. Çürümə dispepsiyasında karbohidratları, tərəvəzin porsiyasını artırmaq lazımdır. Adətən iki gün aclıq təyin olunur, yalnız itburnu dəmləməsi və çay qəbul edilir; sonra düyü sıyığı, yoqurt, kefir, tərəvəz xörəkləri, asidofillin verilir.

Qıcqırma və ya çürüntülü dispepsiyanın hər ikisində enterol, laktuloza, xilak-forte, lineks, bifiform, bifidumbakterin. baktisuptil kimi probiotiklər, yəni bakteriya mənşəli preparatların işlədilməsi göstərişdir. Bundan başqa, tərkibində laktuloza olan qeyri-bakterial preparatlardan Düfalak, Normaze, bürüyücü və adsorbsiyaedici dərmanlardan (smekta, neointestopan, kaopektat, polifepan, fəallaşdırılmış kömür), antibakterial vasitələrdən (antibiotiklər, antiseptiklər-sefalosporin, metrinidazol, intetriks, ersefuril, nitroksolin, furazolidon, enteroseptol və s) geniş istifadə olunur.

Beləliklə, bağırsaq disbakteriozunu müalicə etmək üçün ilk növbədə onu törətmiş olan əsas xəstəlik müalicə olunmalı və aşağıdakı əsas prinsiplərə riayət edilməlidir.

Müəllif: Həkim "Qastroenteroloq Hepatoloq" Dr. Murad İbrahimov 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan