Xroniki xoralı kolit

Xroniki xoralı kolit

Опубликовано в: | 2019-02-03
Xroniki xoralı kolit

Xronik xoralı kolit etiologiyası tam məlum olmayan xəstəliklərdəndir. Bu xəstəlik üçün yoğun bağırsağın selikli qişasında nekrotikirinli prosesin olması və xoraların, hemor-ragiyaların əmələ gəlməsi səciyyəvidir.

Etiologiya. Xronik xoralı kolitin etiologiyası hələ də tam aydınlaşdırılmamış qalmaqda davam edir. Ancaq, hesab olunur ki, onun inkişafında infeksiya, sinir-endokrin requlyasıyasının pozulması və qeyri-rasional qidalanma müəyyən rol oynayır.

  1. Xəstəliyin patogenezində disbakterioz, sensibili-zasiya, allergiya, neyrohumoral, vegetativ, intestinal endokrin sisteminin disfunksiyası, yoğun bağırsağın selikli qişasmm yad zülallara, mikroblara qarşı keçiriciliyin artması, bağırsaq divarında olan müxtəlif mikrobların antigenlərinə qarşı auto və hetero-antitellərinin sintezi və bağırsaq divarının zədələnməsi, immun komplekslərinin əmələ gəlməsi və sonuncuların bağırsaq divarına çökməsi və burada immun mənşəli iltihabın baş verib proqressivləşməsi müşahidə olunur.

Xəstəliyin latent, fasiləsiz və xronik residivləşən gedişi; çox ağır, ağır, orta ağır və yüngül klinik gedişləri vardır. Xəstəlik adətən sistemli zədələnmələrlə müşayiət olunur, tam yerli əlamətlərlə olan klinik gediş az təsadüf edilir.

  1. Xronik xoralı kolit üçün klinik olaraq aşağıdakı əlamətlər və simptomlar səciyyəvidir:

-     irinli, qanlı, selikli, üfunətli ishal; ishalın sayı sutka ərzində 20 dəfəyə qədər, bəzən isə daha çox, itirilən qanın miqdarı sutka ərzində 50-100-300ml-ə qədər təşkil edir;

-    əvvəl duru, yarımduru ishalın başlanması və bir neçə gündən sonra kalda qanın, irinin meydana çıxması;

- qarında ağrı, qurultu, meteorizm, loqqultunun və həm də intoksikasiya əlamətlərinin qeyd edilməsi;

-  qarın sancılan, palpasiyada yoğun bağırsaq üzrə ağrının müəyyən olunması; ağrıların yeməkdən sonra güclənməsi və defekasiyadan sonra azalması;

- sistemli zədələnmələrin qeyd edilməsi (poliartrit, düyünlü peridermatit, qanqrenoz piodermit, postulyoz, və urtikar səpgilər, dəridə tünd qırmızı, qonuru, abı-bənövşəyi, sarı-yaşılımtıl ləkələrin meydana çıxması; ağızın, udlağın, gözlərin, öd yollarının, qaraciyərin, böyrəklərin zədələnməsi, autoimmun tireodit, autoimmun hemolitik anemiya və sairə);

-  distrofik sindrom (solğunluq, anemiya, anoreksiya, kaxek-siya, dərinin quruması, dırnaqların sınması, saçın tökülməsi, hipovitaminoz, impotensiya və sairə).

Xronik xoralı kolit kəskin başlana və sürətlə inkişaf edə bilər. Bu zaman hətta fulminant proqressivləşmə də qeyd edilə bilər. Xəstəliyin kəskin gedişi qarın ağrıları, tez-tez təkrar olunan (demək olar ki, hər 20-25-dəqiqədən bir) ishal, irinli, qanlı, selikli, detritli və üfunətli bağırsaq möhtəviyyatının xaric olunması; anoreksiya, qızdırma, arıqlama, yoğun bağırsağın toksik genəlməsi, bəzən perforasiya, peritonitin baş verməsi ilə səciyyələnir.

Xronik xoralı kolitin xronik gedişi fasiləsiz proqressivləşmələr və ya kəskinləşmələr, yəni residivləşmələrlə inkişaf edir. Təsadüflərin 70%-də proktosiqmaidit rast gəlinir, total kolit 20-25%-də, seqmentar xoralı kolit isə 5-6% hallarda rast gəlinir.

Xronik xoralı kolit aşağıdakı ağırlaşmaları, fəsadları verə bilər:

-    yoğun bağırsağın perforasiyası, penetrasiyası;


yoğun bağırsağın toksiki genəlməsi, yəni dilatasiyası zamanı müxtəlif müdaxilə və prosedurların aparılması əks göstərişdir, çünki bağırsağın perforasiyası baş verə bilər. Bu zaman kontrast maddə ilə rentgenoloji müayinə aparırlar. Sonuncu halda yoğun bağırsağın genəlmiş seqmentləri nəzərə çarpır.

  1. Xronik xoralı kolitin diaqnostikası aşağıdakı klinik, laborator və instrumental dəyişikliklərin olmasına əsaslanır:

-     xəstəliyin qarın ağrısı, intoksikasiya əlamətləri, ishalla, selikli, qanlı-irinli kalın xaric olunması ilə başlanması;

-  sutkada 20-yə qədər, bəzən daha çox dəfə ishalın təkrar olunması, qan laxtalarının xaric olunması, 50-100-300 ml-ə qədər qanın itirilməsi, posthemorragik hipoxrom anemiyanın inkişafı, arıqlama;

-   qarında yoğun bağırsaq üzrə ağrının olması, bağırsaq divarının qalınlaşması, hərəkiliyin azalması, qurultu, loqqultu, meteorizmin mövcudluğu, defekasiyadan əvvəl ağrıların artması, ishaldan sonra isə ağrının bir qədər yüngülləşməsinin qeyd edilməsi və bunların yenidən təkrarı;

-   ümumi intoksikasiya əlamətləri ilə birlikdə sistemli zədələmnələrin (daxili və digər orqanlar, dəri və s) meydana çıxması;

-     xarakterik ağırlaşmaların müşahidə edilməsi;

- laborator müayinələrdə anemiya, hipiproteinemiya, hipovita-minoz, autoantitellərin, immunokomplekslərin tapılması;

-    koproloji analizdə selikli, irinli, qanlı, bağırsaq epiteli və detritli kalın müşahidə edilməsi və kalda ieykositlərin, eritro-sitlərin, epitelin, patoioji mikroorqanizmlərin mövcudluğu (disbakterioz);

-  rentgenoloji müayinə zamanı yoğun bağırsağın selikli qişasının relyefnin, bağırsaq qaustrasiyasının pozulması, psevdopolipozun, deformasiyaların, daralmaların, bağırsaq divan qalınlaşmasının, bağırsağın qısalması və rigidliyinin görünməsi;

-     endoskopiya və biopsiya materiallarının tədqiqatı zamanı nekrotik-xoralı, irinli və qanlı iltihabın selikli qişada və selikaltı qatda müəyyən edilməsi.

Müəllif: Həkim "Qastroenteroloq Hepatoloq" Dr. Murad İbrahimov 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan