Xroniki kolit

Xroniki kolit

Опубликовано в: | 2019-02-03
Xroniki kolit

Mədə-bağırsaq sisteminin və xüsusilə də yoğun bağırsağın ən çox rast gəlinən xəstəliyi xronik kolitdir.

Xronik kolit və ya xronik qeyri-xoralı kolit yoğun bağırsağın selikli qişasının xronik iltihabi xəstəliyidir. Onun üçün yoğun bağırsağın selikli və selikaltı qişalarında xronik iltihabi və distrofik prosesin xronik şəkildə olması, onun getdikcə proqressivləşməsi və selikli qişada atrofiyanın inkişafı, bağırsaq funksiyalarının tədricən pozulması xarakterikdir.

Qeyd etmək lazımdır ki, həkimlik tərcübəsində xəstəliyin total forması, sağ və ya sol tərəfli kolit, ayrıca transverzit, proktosiqmoidit qeyd oluna bilər. Xronik kolit çox vaxt xronik enterit ilə müşayiət olunur (xronik enterokolit) və bəzən də xronik qastroenterokolit kimi də təsadüf edilir.

Xronik kolit anlayışmı izah edərkən qeyd etmək lazımdır ki, rentgenoloji, endoskopik və koproloji müayinələrin vasitəsilə etiologiyası tam müəyyən olun-mayan (xoralı, qranulematoz, infeksiya mənşəli, psevdomembranoz, radiasiya ilə əlaqədar, toksiki, kollagenoz, dərman mənşəli, limfositar, eozinofüli və s) kolitləri qeyri-spesifik və qeyri-infeksiyalı xorasız kolitlərə aid edirlər. 2009-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş xəstəliklərin 10 saylı beynəlxalq təsnifatında 50-52-ci rubrika üzrə Kron xəstəliyi, xoralı kolit, radiasiya, allergiya, infeksiya mənşəli kolitlər və digər kolitlər təsnif olunmuşdur. Bu təsnifatda, məhz digər kolitlər sırasına, qeyri-spesifik qeyri-infeksiyalı xorasız kolit daxil edilmişdir. Burada həm də təsnif olunmayan qastroenterokohtlər və kolitlər haqqında informasiya vardır.

  1. Xronik kolitin etioloji amilləri müxtəlifdir. Onlar aşağıdakı qruplara bölünür:

- keçirilmiş kəskin bağırsaq xəstəlikləri (dizenteriya, salmonellyoz, qida toksikoinfeksiyaları, qarın yatalağı, iyersinoz və s);

-  parazitar və qurd invaziyalan (amöblər, lyamblioz, balantidiyalar, trixomonadlar, helmintlər və s);

-  alimentar amillər (alkoqol, köhnə, kobud, vitaminsiz qida-ların rejimsiz qəbulu və s);

Endoskopik müayinə zamanı yoğun bağırsağın selikli qişasının qanla dolğunluğu, kataral (səthi) iltihab əlamətləri nəzərə çarpır. Mikroskopik olaraq infiltrativ, nekrotik, irinli, fibrinli və selikli ocaqlar müşahidə olunur. Kataral kolitdə yoğun bağırsağın selikli qişasının hiperemiyası və ödemi ilə birlikdə limfositar, plazmositar və qranulositar infiltrat rast gəlinir. Eroziv və xromk kolit zamanı xoralaşmalar, infıltrasiya və follikulların hiperplaziyası və kriptlərdə irinli ocaqlar, abseslərlə müşayiət olunur. Xronik dizenterik, toksiki kolitlər üçün yoğun bağırsağın selikli qişasında xronik fibrinoz, krupoz, difteritik iltihabının olması xarakterikdir. Uzun sürən xronik kolitdə bağırsağın daxilində atrofiya, bağırsağın xarici qatında perikolit və bitişmələr tapılır. Eyni zamanda limfa düyünlərində, damar və sinirlərdə deregenerativ-distrofik dəyişikliklər baş verir.

Klinika. Qeyd etmək lazımdır ki, yoğun bağırsağın xəstəliklərindən ən çox rast gəlinəni qeyri-spesifik qeyri-infeksiya mənşəli xorasız kolitdir. Özü də o, təsadüflərin yarısından çoxunda klinik olaraq nəzərdən qaçırılır, yəni diaqnozlaşdırılmır. Buna səbəb odur ki, xronik kolitin gedişində, xüsusilə onun başlanğıcında meydana çıxan allergik, nevrotik, vegetodistonik, intoksikasiya, qaraciyər. böyrək və genital mənşəli müxtəlif əlamətlər və simptomlar onun özünəməxsus klinikasını ört-basdır edərək, xəstəliyi tanınmaz hala salır. Digər tərəfdən yüngül dərəcəli klinik gedişə malik, yəni kataral kolit zamanı (hansına ki, praktik həkimlər yoğun bağırsağın “şıltaqlığı” sindromu deyirlər), xəstələr çox vaxt həkimə müraciət etmirlər. Xronik kolit hepatit, xolesistit, pankreatit, pielonefrit, avitaminoz, miokardi-odistrofiya kimi fəsadlarla ağırlaşmış olduğu gecikmiş dövrdə də diqqətdən kənar qala bilər.

Xronik kolit qarında yoğun bağırsağın proyeksiyası üzrə, yəni qarın yanlarında və aşağısında olan ağrı, yoğun bağırsağın sekretor və motor funksiyalarının pozulması əlamətləri ilə özünü büruzə verir. Xəstəlik zamanı qarında hiss olunan ağrılar müxtəlif çeşidli və dərəcəli ola bilər. Ancaq, onların xarakterik xüsusiyyətləri belədir ki, bu ağrılar defekasiyadan, qazların xaric olmasından, qarına isti qoyulmasından və spazmalitik dərmanların qəbulundan sonra səngiyir. Digər tərəfdən sözügedən ağrılar meyvə və tərəvəzlərin, alkoqolun, qazlı çaxırların, şampan çaxırının, südlü, yağlı və qovurulmuş xörəklərin, qazlı mayelərin qəbulundan sonra güclənir. Xəstəlik mezadenit, perikolit bitişmələrlə  ağırlaşmış olduğu təsadüflərdə qarın ağrısı stabilləşir, silkələnmə, tullanma, imalə və sair hallarda şiddətlənir. Ağrı defekasiyadan əvvəl, meteorizm və bağırsaqda durğunluq vaxtı da güclənir.

Xronik kolitə düçar olmuş xəstələrin hamısında bağırsağın funksiyası pozulur, qarnın işləməsi qeyri normal olur. Sonuncu hal yoğun bağırsağın motor funksiyasının pozulmasından xəbər verir. Xəstələrin çoxunda yeməkdən dərhal sonra defekasiya meyli meydana çıxır (qastrointestinal və ya qastrosekal reflüks). Gün ərzində 2 dəfədən çox, 3-5-10-15 dəfəyə qədər ishal qeyd edilir. Ancaq, xəstələrin demək olar ki, hamısında defekasiyadan sonra bağırsaq normada olduğu kimi, tam boşalmır və rahatlıq hiss olunmur. Buna bağırsağın natamam boşalma sindromu deyilir.

         Xronik kolit üçün bağırsaq möhtəviyyatının çox vaxt selikli və sıyığa oxşar və ya duru, yarımduru şəkildə, az miqdarda xaric olması və defekasiyadan sonra, bağırsağın tam boşalması və rahatlığın baş verməsi hissinin qeyd olunmaması, bəzən qəbizliyin olması xarakterikdir. Xəstələrin çoxunda ishal qəbizliklə növbələşir. Təsadüflərin çoxunda xəstə defekasiyanın başlanğıcında gücənir, bağırsağın distal hissəsində olan bərk kal tıxacağından azad olur və bundan sonra qıcqır-mah və ya çürüntülü, iyli, üfunətli bağırsaq möhtəviyyatın az miqdarda qaz qabarcıqları ilə xaric edir. Sonuncu vəziyyət qəbizli ishal adlanır. Onu da qeyd edək ki, xronik kolit üçün profuz ishalın olması xarakterik deyildir.

Qeyd etmək lazımdır ki, xronik kolit zamanı, xüsusilə də onun kəskinləşmə dövründə tez-tez defekasiya istəyi yaranır, ancaq bu yalançı (psevdium) istək bağırsağın boşalması və rahatlığın əmələ gəlməsi ilə deyil, bir qədər qazh, selilikli nəcisin və ya bir qədər çirkli-irinli seliyin və selikli qarın (qanlı seliyin) xaric olunması ilə başa çatır.

Yoğun bağırsağın distal hissəsinin iltihabında, xüsusilə düz bağırsağın distal hissəsi və anus zədələndikdə, defekasiya etmək istəkləri artır və defekasiyanın özü isə tenezmlərlə müşayiət olunur. Yoğun bağırsağın distal hissəsinin spastik iltihabında, yəni xronik spastik distal kolit zamanı, xaric olunan fekaliya fraqmenləşərək qığa oxşayır (qoyun kalı).

Xronik kolitin klinikasında qarın ağrıları qeyd edilir. Bu zaman qarında hiss olunan ağrı küt xarakterə malik olur və o, yeməkdən xeyli sonra, defekasiyadan əvvəl şiddətlənir. 

Müəllif: Həkim "Qastroenteroloq Hepatoloq" Dr. Murad İbrahimov 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan