Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Опубликовано в: | 2019-02-03
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Mədə-bağırsaq traktının qastroduodenal hissəsində, mədədə və ya onikibarmaq bağırsaqda xoranın əmələ gəlməsi ilə səciyyələnən, xronik residivləşən xəstəliyə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi deyilir. Sənayesi inkişaf etmiş ölkələrdə yaşlı əhalinin orta hesabla 3,7%-i xora xəstəliyindən əziyyət çəkir və onların arasında onikibarmaq bağırsağın xorası daha çox rast gəlinir. Xəstəlik qadınlara nisbətən kişilərdə dörd dəfə çox qeyd olunur (4:1); 0, şəhər əhalisi arasında kənd əhalisinə nisbətən daha çox yayılmışdır; gənc yaşlarda onikibarmaq bağırsağın xorası da çox müşahidə edilir.

EtiologiyaXora xəstəliyinin etiologiyasına aid olan bir sıra nəzəriyyələr mövcud olmuşdur. Bunlara mexanik, damar mənşəli, iltihabi, allergik, kortikovisseral, sinir-hormonal, asidopeptik və infeksiya mənşəli nəzəriyyələr aiddir. Hazırda xora xəstəliyini polietoloji patologiya hesab edirlər və onun etioloji amillərinə irsi meyllik, neyropsixi, alimentar, zərərli, infeksiya və dərman mənşəli təsirlər daxil olunur. Dərmanlardan qeyri-steroid iltihaba qarşı preparatların sürəkli qəbulu və infeksiyalardan isə H.pylori nəzərdə tutulur.

Xəstəliyin etioloji amillərinin sırasında irsi meyllik xüsusi yer tutur. İrsi olaraq mədədə bürüyücü hüceyrələrin və duz turşusunun artıqlığı, onların qastrinə olan hiper hissiyatı, pepsinogen-1-in, qastrinin çoxlu miqdarda əməb gəlməsi, 0(1) saylı qan qrupunun, HLA-B5, B35-in mövcudluğu, qastroduodenal motorikanın pozulması mədənin və onikibarmaq bağırsağın selikli qişasının zədələnməsinə şərait yaradır. Digər tərəfdən £1-antitripsinin, £2-makroqlobulinin, fukoqlikoproteidin, sekretor

IgA-nın defısiti, xolinesterazanın 3-cü fraksiyasının, yerli arterial torun zəifliyi mədə və onikibarmaq bağırsaqda olan selikli qişanın rezistentliyinin azalmasına səbəb olur. Triqqer amillərin fəaliyyəti fonunda irsi meyllik asan realizə olunur. Sonunculara aiddir: psixoemossional stresslər, qidalanmanın pozulması, zərərli vərdişlər (siqaret çəkmə, alkoqol, kofe, narkotiklər, toksik maddələr və s), qeyri-steroid iltihab əleyhinə dərmanlar, helikobakter infeksiyası, xronik bronxit, bronxial astma, ağciyər emfizemi, qaraciyər sirrozları, və s.

 

Klinika. Xora xəstəliyinin klinik mənzərəsini tam olaraq nəzərdən keçirmək üçün, xoradan əvvəlki və ya xora önü və fəsadlarsız dövrlərini həmçinin, fəsadları təsvir etmək lazımdır.

Doğrudur, xəstələrin hamısında xora önü dövr nəzərə çarpmır və ya çox vaxt bu, xəstənin və ya həkimin nəzərindən qaçırılır. Təsadüflərin 60-80%-də xoradan əvvəlki dövr mövcud olur. Bu zaman xoraya oxşar sindrom qeyd edilir, ancaq, qastroduodenoskopiya zamanı xora tapılmır. Xəstələr səhərlər ac qarına və gecələr epiqastral nahiyədə hiss olunan, yeməkdən 1,5-2 saat sonra meydana çıxan ağrılardan, turşulu gəyirmədən, qıcqırmadan şikayət edirlər. Müayinələr zamanı hiperasiditas, mədə şirəsində pepsinin artıqlığı, antrodudenal PH-m azalması, hiperqastroevakuasiya, helikobakter mənşəli qasırit, qastroduodenit müəyyən olunur.

Xəstəliyin tipik klinik mərhələsində, yəni xora xəstəliyinin açıq-aşkar inkişaf etmiş dövründə ağrı və dispeptik sindromun hər ikisi ön plana çıxır.

Xora xəstəliyinin əsas simptomu ağndır. Ağn epiqastral nahiyə-də lokalizə olunur: mədə xorasında epiqastral nahiyənin mərkəzində və ya bir qədər solda; onikibarmaq bağırsağın yarasında epiqastral nahiyə-nin sağ tərəfmdə. Mədənin kardial nahiyəsində xora olduqda ona müvafıq olaraq ağn döş sümüyünün arxasmda, ürək nahiyəsində yerləşir. Xora postbulbar nahiyədə məkan tapmış olduqda ağn sağ qa-bırğa altma və arxaya (belə) yayılır.

Ümumiyyətlə, klinik olaraq, ağnnm erkən, gecikmiş, gecə və acqanna olan formalannı ayırd edirlər: yeməkdən yanm- bir saat sonra başlanmış ağnlar mədənin yuxan hissələrində lokalizə olunmuş xoralar üçün səciyyəvidir. Onlar l,5-2saat davam edir və mədənin evakuasiyası ilə əlaqədar olaraq qeyb olurlar. Məlumdur ki, gecə ağnları gecə vaxtı, acqanna ağnlar yeməkdən 5-6-7 saat sonrakı dövrdə, gecikmiş ağnlar isə yeməkdən 1,5 -2 saat sonra meydana çıxır. Acqanna olan ağnlar yeməklə və ya südün içilməsüə əlaqədar olaraq azalır və keçib gedir. Acqarına ağrilar onikibarmaq bağırsağm xorasmda və bir də antral hissənin xorasmda rast gəlinir. Sözügedən ağnlar başqa bir xəstəlikdə olmur. Yeri gəlmişkən qeyd edək ki, gecə ağnlan mədəaltı vəzin xərçəngində, geçikmiş ağnlar isə xronik pankreatitdə, xronik enteritdə hiss oluna bilər. Ağnlann xarakteri müxtəlif (küt, deşici, kəsici, sıxıcı, sancı və s) ola bilər; ağnlar təsadüfiərin üçdə birində intensiv olur və xoranın kəskinləşməsində həmişə intensivləşir və kəskin qanm xatırladır.

Xora xəstəliyi üçün ağnlann dövrlüyü səciyyəvidir: kəskinləşmələr (2-3 gündən 6-8 həftəyə qədər) remissiya ilə əvəz olunur; kəskinləşmə dövründə əzab-əziyyət çəkən xəstə remissiya dövründə yaxşılaşır, ağnlardan xilas olur. Ağrılar qusmadan sonra, anasidlərin, südün, qələvi sulanmn qəbulundan sonra xeyli sakitləşir və ya azalmağa meyl edir. Xora xəstəliyi yaz və payız aylarında koskinləşir. Klinik və eksperimental tədqiqatlann sayəsində bilinmişdir ki, xora xəstəliyi zamanı ağrının hiss olunmasına səbəb xorada olan sinir uclannın duz turşusu ilə qıcıqlanması, pilorispazm, duodenospazm (işemiya), vazospazm və həm də iltihab zamanı ağn hissinin artması (qıcıqlanma səddinin enməsi) və sair hallardır.

Xora xəstəliyinin ikinci əsas sindromu dispeptik sindromdur. Buraya turşulu yanğı, turşulu gəyirmə, ürək bulanması, qusma, bəzən sitofobiya aiddir. Qastroezofaqeal reflüks turşulu və pepsinli mədə möhtəviyyatının yemək borusuna atılması nəticəsində turşulu yanğı baş verir. Turşulu yanğı yeməkdən sonra ağrı ilə birlikdə meydana çıxır; bəzən o, ağnsız da qeyd edilir. Turşulu yanğı diafraqmal yırtıqda, daşlı xolesistitdə, qastroduodenitdə, pankreatitdə, kardial sfinkterin çatışmaz-lığında da rast gəlinir. Gəyirmə və xüsusi ilə də qusma xəstənin vəziyyətini yüngülləşdirir, ağrıların azalmasına səbəb olur. Xəstələrdə ürək bulanması simptomu qastrit və xolesistitlə əlaqədar rast gəlinir. İştah bir qayda olaraq azalmır, bəzən artır. Ancaq, bəzi təsadüflərdə xəstələr yeməkdən ağrılara görə çəkinirlər və ya az-az yeyirlər (sitofobiya). Xəstələrin yarısından çoxunda qəbizlik qeyd edilir. Sonuncu, əsasən yoğun bağırsaqda baş verən spazmalarla, pəhriz, kalsium karbonat, almünium hidroksid kimi antasidlərin qəbulu ilə əlaqədardır.

Xora xəstələyinə düçar oimuş şəxslər adətən astenik və bəzən normostenik bədən quruluşuna malikdirlər. Hiperstenik bədən quruluşlu şəxslərdə, demək olar ki, xora xəstəliyi rast gəlinmir. Xəstələrdə vefgetativ sinir sistemi, azan sinirin hipertonusu qeyd edilir. Onların əlləri soyuq, ovuclan nəm, dəri örtükləri mərmərə oxşar olur, bradikar-diya, arterial hipotenziya qeyd edilir. Dil təmiz olur və ya dilin ucu və ön hissəsi təmiz qalır. Arxa hissəsi ərplə örtülür. Qarnın palpasiyası və perkusiyyası zamanı küt və ya orta dərəcəli, epiqastral nahiyədə lokalizə olunmuş ağrılıq aşkar olunur.

Müəllif: Həkim "Qastroenteroloq Hepatoloq" Dr. Murad İbrahimov 


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan