Qastroezofageal reflüks xəstəliyi

Qastroezofageal reflüks xəstəliyi

Опубликовано в: | 2019-02-02
Qastroezofageal reflüks xəstəliyi

Xəstəlik qıcqırma, turşulu gəyirmə, epiqastral nahiyədə və döş sümüyü arxasında göynəmə və yanğı hissi, disfagiya ilə özünü büruzə verir. Bu əlamətlər, adətən yeməkdən sonra meydana çıxır, gövdənin önə əyilməsində və gecə vaxtı güclənir. Göstərilən əlamətlərə tezliklə retrosternal ağrı qoşulur. Sonuncu boyuna, aşağı çənəyə, kürəklərarası sahəyə, döş qəfəsinin sol tərəfinə irradiasiya edir; çox vaxt stenokardiyanı imitasiya edir. Yerigəlmişkən qeyd edək ki, ezofaqeal ağrı yeməkdən sonra meydana çıxır, bədənin vəziyyəti ilə əlaqədar olaraq dəyişilir və qələvi mayelərin qəbulu ilə azalır və ya çəkilib itir.

Ümumiyyətlə qastroezofaqeal reflüks xəstəliyinin klinik mənzərəsi ezofaqeal və qeyri-ezofaqeal və ya ekstraezofaqeal simptomlardan ibarət olur. Ezofaqeal simptomlara qıcqırma, gəyirmə, disfagiya, odinofagiya, epiqastral və ezofaqeal ağnlar lepiqastralgiya, ezofaqalgiya), döş sümüyünün arxasında yumaq kimi yığılma, düyünlənmə hissi, hıçqırma, qusma aiddir. Ekstraezofaqeal simptomlar isə ağciyər və ya pulmonal, otorinolarinqofarinqealkardial, stomotoloji və anemik sindromları əmələ gətirirlər.

Qastroezofaqeal reflüks xəstəliyin klinikasında başlıca və ən çoxrast gəlinən simptom qıcqırmadır. Qıcqırma, yəni turş möhtəviyyatın ağıza tərəf yönəlməsi və turşulu acışma yemək borusunda yanğı hissi kimi xəncərvari çıxıntıdan yuxarıya tərəf yayılır. Alkoqolun qəbulu, siqaret çəkmə, önə əyilmə, fiziki yüklənmə, üfüqi vəziyyət qıcqırmanın güclənməsinə şərait yaradır.

Maraqlıdır ki, qıcqırmanı çox vaxt gəyirmə müşayiət edir. Sonuncu mədə möhtəviyyatının yemək borusuna hava ilə qarışıq şəkildə daxil olmasından baş verir. Gəyirmə çox vaxt yeyilmiş yeməklə birlikdə baş verir. Aşağı ezofaqeal sfinkterin ciddi dərəcəli çatışmazlığında mədə möhtəviyyatı ağıza qədər spontan olaraq qayıda bilər. Gəyirmənin əmələ gəlməsi üçün havalı mədə möhtəviyyatının səsli şəkildə birdən-birə yemək borusuna daxil olması və ağıza çatması şərtdir.

Xəstəlik zamanı qıcqırma, gəyirmə ilə bərabər disfagiya da qeyd olunur.

Disfagiya udma aktının çətinləşməsidir və bu çətinləşmə, bir qayda olaraq yemək borusunun diskineziyası ilə əlaqədar olur. Yemək borusunun ciddi dərəcəli iltihabında disfagiya odinofagiya ilə müşayiət olunur. Odinofagiya, yəni yemək borusu boyunca udma zamanı ağrının hiss edilməsi ezofagitdən xəbər verir. Bəzi hallarda odinofagiya epiqastral ağrı və ya sinə arxasında düyünlənmə və yemək borusunda yad cismin qalması kimi hisslə əvəz olunur. Təsadüflərin üçdə birində hıçqırma qeyd edilir və özü də bu hıçqırma davamlı və əziyyət verici olur. Bəzən hıçqırma qarın və döş əzələlərinin ağrımasına qədər davam edir. Onun səbəbi diafraqmal sinirin oyanması, diafraqının qıcıqlanması və yığılmasıdır. Qastro-ezofaqeal reflüks xəstəliyində qusma az təsadüf olunur və özü də adətən onikibarmaq bağırsağın xorasında meydana çıxır.

Yuxarıda göstərildiyi kimi, xəstəliyin klinikasında ezofaqeal simptomlarla birlikdə ekstraezofaqeal sindromlar da rast gəlinir. Burada birinci növbədə ağciyər patologiyasmdan söhbət gedir. Bronxial astmalı xəstələrin 80%-də qastroezofaqeal reflüksün mövcudluğundan yazırlar. Məlum olmuşdur ki, qastroezofaqeal ref-lüks ezofaqobronxial refleksə və bronxospazma, xolinolitiklər, te-ofillin və digər spazmlitiklər isə qastroezofaqeal reflüksün meydana çıxmasına səbəb olur. Xəstəlik zamanı xronik bronxit, çox vaxt da obstruktiv bronxit baş verir. Mədə şirəsinin aspirasiyası və alveollara düşməsi residivləşən pnevmoniyaları törədir. Sonuncu Men-delson sindromu adlanır. Bundan başqa, pnevmofıbroz, atelektaz, hipotelektaz, ağciyərin absesi və bronxektaziyanın inkişafı qeyd edilir. Bəzi xəstələrdə ağızdan pis iygəlmə (xalitoz) rast gəlinir.

Qastroezofaqeal reflüks xəstəliyinə düçar olmuş şəxslərdə laringit, səsin kallaşması, faringit, səs tellərində qranulematoz, ulseroz, qırtlağın stenozu, xronik rinit, otalgiya, otit, bəzən laringeal krup, dişlərin kariyezi, parodontoz, aftoz stomatit, dəmir defısitli hipoxrom anemiya müşahidə edilir. Xəstəliyin 10-15%-ində kardial sindrom, stenokardiya, aritmiyalar ön plana çıxır. Bununla belə xəstəliyin az simptomlu və latent gedişli formaları da məlumdur.

Qastroezofaqeal reflüks xəstəliyinin klinikasında instrumental müayinələrin əhəmiyyəti böyükdür. Burada birinci növbədə ezofaqoqastroduodenoskopiyanı göstərmək olar. Onu EKQ-dən sonra yerinə yetirmək məsləhətdir. Qastroezofaqeal reflüks xəstəliyində ezofagit, eroziya və peptik xoralar tapılır. Daha sonra yemək borusunun və mədənin rentgenoloji müayinəsi aparılır. Kontrast maddənin mədədən yemək borusuna xəstənin üfüqi vəziyyətində qayıtması, əsas əlamət sayılır. Bununla yanaşı olaraq, həm də reflüks ezofagit əlamətləri (yemək borusunun genəlməsi, daxili səthdə kələ-kötürlülük, peristaltikanın zəifləməsi) qeyd edilir.

Qastroezofaqeal reflüks xəstəliyi xəstələrin çoxunda mülayim və yüngül gedişə malik olur. Xəstəlik vaxtında müalicə olunmadıqda getdikcə ağırlaşır və fəsadlaşır.

Müəllif: Həkim "Qastroenteroloq Hepatoloq" Dr. Murad İbrahimov 





Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan