Pectus Excavatum xəstəliyi

Pectus Excavatum xəstəliyi

Опубликовано в: | 2019-01-28
Pectus Excavatum xəstəliyi
Bu xəstəliyə "çəkməçi döşü"də deyilir. Bu xəstəlik kişilərdə qadınlardan 4 dəfə çox rast gəlinir. Çöküklüyün səbəbi qığırdaq qabırğaların artıq böyüməsi olsa da, yaranma səbəbi aydın deyil. Uşaq yaşlarında bu xəstəlik çox narahatlıq törətməsə də, yaş artdıqca idman sonrası çökük nahiyyəsində, sol doş giləsi nahiyyəsində ağrıya səbəb olur. Bu xəstəlik Marfan sindromu ilə birlikdə də müşahidə oluna bilər. Bu zaman Exokardioqrafiyada aorta kökündə genişlənmə və aorta və ya mitral qapaqdan qanın geri qayıtması müşahidə olunur. Nadir hallarda xəstəliklə yanaşı Fallot tetrolojisi və mitral qapaq prolapsı ilə birgə rast gəlinir. Hər nə qədər tək başina anomaliya kimi qəbul edilsə də əzələ-skelet xəstəliyi və inkişaf anomaliyası olan xəstələrdə daha çox aşkarlanır. Veter -bağ xəstəlikləri ilə birge də rast gəlinir. Bu xəstəlik həmçinin anadangəlmə ürək qüsuru və diafraqmal yırtığı olan insanlarda da müşahidə olunur. Eyni zamanda bu xəstələrin 26% da skolioz, kifoz xəstəliklər də aşkarlanır.

Müəllif: "Vertebroloq" Dr. İradə Hacıyeva

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan