Uşaqlarda göz müayinəsi nə zamandan aparılmalıdır

Uşaqlarda göz müayinəsi nə zamandan aparılmalıdır

Опубликовано в: | 2019-01-28
Uşaqlarda göz müayinəsi nə zamandan aparılmalıdır
Uşaqların göz saglamlığını qorumaq üçün ailələr övladlarını vaxtında müayinə etdirməlidirlər. Yeni dogulmuş uşaqlarda çəplik, katarakta, göz təzyiqi, göz yaşı kanalı tıxanması, şiş xəstəlikləri və hər cür göz xəstəlikləri görülə bilər.
Uşaqlarda göz müayinəsi dogulduqdan bəri aparılmalıdır. İlk müayinə dogum evində uşaq həkimi tərəfindən aparılır. Daha sonraki müayinələr 6-cı və 18-ci aylarda, 3 yaşında və 5 yaşında göz müayinəsi olaraq göz həkimi tərəfindən edilməlidir. Bu zaman içində valideynlər gözdə çəpləşmə, qapaq düşüklüyü, sıx-sıx göz qırpma, gözləri ovuşdurma kimi əlamətlər gördüklərində göz həkiminə müraciət etməlidirlər. Ailədə genetik göz xəstəliyi varsa uşaqlar erkən zamanda kontrola alınmalıdırlar. Gözlərdə heç bir problem olmasa belə 3 yaşına qədər mütləq müayinə edilməlidir.

Müəllif: "Oftalmoloq" Dr. Nübar İmanova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan