Oğlanlarda Hipoqonadizm
Опубликовано в:
| 2019-01-22
Hipotalamus-hipofiz-testis sistemindəki hər hansı bir səviyyədəki çatmamazlıq hipoqonadizmə(cinsi inkişafın olmamasına) səbəb olur. Hiperqonadotrop hipoqonadizm testislərdəki (xaya) primer çatmamazlıqdır. Hipotalamus vəya hipofizdəki çatmamazlıq isə hipoqonadotrop hipoqonadizmə səbəb olur.
Oğlanlarda cinsi inkişafın(puberta) başladığını göstərən ilk fiziki əlamət testis(xaya) həcminin böyüməsidir.Testis həcmi 4 ml-ə çatdığında artıq cinsi inkişafın başladığı qəbul edilir və bu təxmini olaraq 11-12 yaşlarda baş verir. Lakin 9 yaş ilə 14 yaş aralığında da hər hansı bir zamanda başlanması da normal sayılır.
Əgər testisdə(xayalarda) həcm dəyişikliyi yoxsa qasıq və qolaltı nahiyyələrdə tüklərin çıxması cinsi inkişafın başlamasını göstərmir. Çünki, tüklərin çıxması adrenal vəzin olğunlaşmasını göstərir,hipotalamus-hipofiz-testis sisteminin deyil. Əgər 14 yaş tamam olmasına baxmayaraq testis(xaya) böyüməsi yoxdursa bu artıq gecikmiş puberta sayılır. Əsas məsələ isə konstitusional puberta-cinsi inkişaf ləngiməsi ilə hipoqonadotrop hipoqonadizmi differense etməkdir. Düzgün və geniş toplanmış anamnez və həkimin ətraflı müayinəsindən sonra yoxlanılan bəzi laborator və dinamik testlərlə bu ayırımı etmək mümkündür.
Müəllif: "Pediatr-endokrinoloq" Dr. Ləman Sultanova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir