Qaraciyər piylənməsi
Опубликовано в:
| 2019-01-19
Qaraciyərin qeyri-alkoqol mənşəli steatozu (qaraciyərin qeyri alkoqol xəstəliyi, qaraciyərin piy distrofiyası, piylənmiş qaraciyər, piy infiltrasiyası) - qaraciyərdə piyin (xüsəsən triqliseridlərin) toplanması nəticəsində baş verir. Xəstə müalicə olunmadıqda qaraciyərin piy distrofiyası 12-14% hallarda steatohepatitə, 5-10% hallarda fibroza, 0-5% halda qaraciyər sirrozuna kimi irəliləyə bilər. Cəmiyyətin ciddi tibbi-sosial və ekonomik problemidir.
Qaraciyər piylənməsinin səbəbləri:
Orqanizmdə gedən maddələr mübadiləsinin pozulması;
Hiss olunmaz dərəcədə fasiləsiz zəhərlənmə ( bu qəbul etdiyiniz qida, spirtli içkilər, yaşayış mühiti və yaxud çalışdığınız işlə ilə bağlı ola bilər);
Şəkərli diabet xəstəliyi zamanı qanda şəkərin miqdarı vaxtında tənzimlənmədikdə;
Virus hepatitlərinin təsirindən;
Dərman preparatların nizamsız və təhlükəsiz rejimdən kənar qəbulu;
Orqanizmdə dəmirin miqdarının dəfələrlə artması;
Patoloji kökəlmə və s.
Qaraciyər piylənməsinin müalicəsi
Qaraciyərin piylənməsinin müalicəsi uzunmüddətli aparılır. Xəstəyə xüsusi qida rejimi təyin olunur. Bəzi qida məhsullarından tam və ya qismən imtina etmək göstərişi verilir. Xəstə bilməlidir ki, dərman preparatları ilə müalicə ilk günlər intensiv, sonra isə passiv formada 4-6 ay fasiləsiz aparılır. Müalicə dövründə pəhrizə riayət etmək vacib şərtlərdən biridir.
Müalicə:
Qeyri-alkoqol piy distrofiyası əsasən kök adamlarda olduğu üçün ilk növbədə çəkini azaltmaq məsləhət görülür. Xəstələr həyat tərzini dəyişməli, aşağı kalorili qida qəbul etməli, fiziki aktivliyi artırmalı, orqanik heyvani yağları azaltmalıdırlar. Dieta ilə yanaşı gündə 30 dəq.fiziki işlə (üzmə, qaçma, sürətli yeriş, gimnastika) məşğul olmaq lazımdır.
Müalicənin II vacib komponenti metabolik sindrom və insulin rezistenliyini götürməlidir. Buna korreksiya etmək üçün daha çox öyrənilmiş metformindən istifadə olunur. Araşdırma zamanı məlum olmuşdur ki, metformindən istifadə zamanı xəstənin qaraciyər iltihabının həm morfoloji, həm də laborator göstəriciləri yaxşılaşmış olur.
Müalicənin III vacib komponenti qaraciyərə toksik təsir göstərən və qaraciyəri zədələyən preparatların qəbulnunu dayandırılmasıdır.
Müəllif: "İnfeksionist-hepatoloq" Dr. Azər Nağıyev
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir