Donmuş çiyin-risk faktorları

Donmuş çiyin-risk faktorları

Опубликовано в: | 2019-01-17
Donmuş çiyin-risk faktorları
40 yaşdan yuxarı rast gəlmə ehtimalı daha çoxdur. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Hər hansı bir səbəbdən (felç, sınıq,çiyində manjet əzələlərinin yaralanması vəya əməliyyat sonrası sağalma dövrü kimi) çiyinin uzun müddət hərəkətsiz qalması. Həmçinin Parkinson xəstəliyi, vərəm, ürək-damar xəstəlikləri, diabet ( 10-20% xəstələrdə) və triodit (hipo və hiper) ilə əlaqəli problemlərdə səbəb olmaqdadır.

Donmuş çiyin- mərhələləri:

1. Ağrılı faza.2-9 ay. İlk olaraq ağrı başlayır və buna hərəkətsizlikdə qoşulur. Gecələr şikayətləri daha da artır.
2. Hərəkətsizlik fazası. 4-12 ay. Ağrı yavaş yavaş azalır, lakin hərəkətsizlik davam edir və dahada artır. Qolunuzu bayıra doğru döndərmək imkansız hala gəlir.
3. Sağalma fazası. 6 ay-2 il. Bu dövrdə ağrı, donma və hərəkət məhdudluğu yavaş yavaş azalır, sağalma ilə nəticələnir.

Müəllif: "Travmatoloq-ortoped" Dr. İlkin Cəlilov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan