Perthes xəstəliyi
Опубликовано в:
| 2019-01-17
Perthes xəstəliyinin gedişi: Femur başının qanlanması dayandıqdan sonra bir neçə həftə sonra avaskulyar nekrozun klassik boş sümük lakunaları əmələ gəlir. Femur başında proses 4 etapa ayrılır. İşemik, Fragmentasiya,Regenerasiya və Sağalma. 1-ci fazada rentgenoloji olarak epifiz dens və sklerotik görünür.Xəstələrin 1/3-də subxondral çökmə görünür. Beləliklədə epifizin bir hissəsində yüksəklik fərqi yarandığından Fragmentasiya mərhələsinə keçir, bu zaman oynaqda ciddi deformasiyalara səbəb ola bilir. Bir sonraki Regenerasiya fazasında bud sümüyü başının qan dövranı yenidən bərpa olmağa başlayır və bu 2 yolla olduğu fikirlər mövcüddur. İlk öncə həftələr ərzində tromplaşmış damarların rekanalizasiyası nəticəsində daha kiçik bölgənin qanlanmasında iştirak etdiyi yeni hüceyrələr-fibroblastlar, osteoklastlarla zəngin fibrofaskulyar toxuma əmələ gəlir. Daha sonra aylar ərzində bud sümüyü başının qidalandıran yeni damarlar əmələ gəlir. Yeni qanlanma ilə birlikdə nekrotik sümük rezorbsiya olunaraq qanlanan bölgələrdə osteoklastların fəaliyyəti ilə sümük bərpası ilə dağılması arasında tarazlıq pozulur, bərpa prosesi üstünlük təşkil edir, son olaraq sağalma fazası ilə sonlanır. Nəticədə 2-4 illik bir zamanda nekrotik avaskulyar toxuma sorularaq normal sümük toxuması ilə əvəzlənir, lakin bu zaman ərzində bud sümüyü başında az və ya çox dərəcədə deformasiyaya səbəb olur.
Müəllif: "Travmatoloq-ortoped" Dr. İlkin Cəlilov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Müəllif: "Travmatoloq-ortoped" Dr. İlkin Cəlilov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir