Səs teli polipi

Səs teli polipi

Опубликовано в: | 2019-01-16
Səs teli polipi
Səs büküşmələrin təbəqələri içindəki ən əhəmiyyətli strukturlardan biri"mikrodamar şəbəkə"-ləridir. Bu xətt səs büküşlərinin bəslənməsini təmin edir və nahiyyəyə görə genişləmə və daralma dəyişkənlikləri göstərir. Səs tellərində problem olduğunda bu bölgəyə gedən damarlar genişlənməkdə və daha da aydın görülməkdədir.
Normal hallarda damarsal quruluş çətin izlənilir. Damarsal quruluş aydınlaşdıqca səs büküşlərinin vibrasiya edən ən əhəmiyyətli təbəqəsi olan "örtü" təbəqəsinin vibrasiyasında çətinlik hərəkətə gəlir, bu da səs batıqlığına səbəb olur. Səs büküşlərindəki damarlanma artımı bütün qadınların menustrasiya dövrlərində tez-tez müşahidə olunur, hətta damar divarlarındakı nano-qırıqlara görə səs teli içərisində xırda qanaxmalar yarana, bu da səs batıqlığına gətirib çıxara bilər.

Bir çox hallarda peşakar qadın ifaçılar bu dövrdə mahnı oxumur, hətta məşqlərdə belə iştirak etmirlər. Səs büküşlərində damarlanmanın artdığı vəziyyətlərdə qan durulducu və qanaxmanı artıran dərmanların istifadəsi risklidir. Bu dərmanlar ziyansız görülsə də səs büküşü içərisində şiddətli qanaxma yarada və üstdəki toxumanı deformasiya edərək polip adı verilən bir kütlə meydana gətirə bilər. Bunlar düzgün səthli, içərisində toxumanın oxşar materiallarını özündə ehtiva etmə xüsusiyyətinə malik kütlələrdir.

Müəllif: Cərrah "Lor" Dr. Nigar Dadaşova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan