Astma xəstəliyinin səbəbləri
Опубликовано в:
| 2019-01-16
Astma xəstəliyini nə əmələ gətirir?
Bronxial astma xəstəliyi müalicə olunmadıqda həyat üçün təhlükəlidir. Xəstəliyin müalicəsi qədər onu törədən və gedişini ağırlaşdıran amilləri bilmək də önəmlidir. Astma, fərdi və ətraf mühit amillərinin təsiri nəticəsində meydana çıxır. Bu faktorlar özləri də müxtəlifdir. Fərdi faktorlara genetik, cinsiyyət və köklük aid edilir. Ətraf mühit faktorları isə daha çoxdur.Bunlar həm astmanı əmələ gətirir, həm də onu kəskinləşdirir:
1)Daxili mühit allergenləri-ev tozu, ev heyvanları, hamamböcəyi, kif göbələyi
2)Xarici mühit allergenləri-bitki tozları, kif göbələkləri
3)İnfeksion xəstəliklər-virus infeksiyaları
4)Peşə xəstəlikləri
5)Sigaret-aktiv və passiv sigaret çəkmə
6)Hava kirliliyi
7)Dieta
Bütün bu faktorlar içərisində sigaret, viruslar, ev tozları xəstəliyin əmələ gəlməsi, kəskinləşməsi üçün xüsusilə təhlükəlidir. Bu amillərdən qorunmaq, onlara qarşı profilaktik tədbir görmək xəstəliklə mübarizədə əhəmiyyətlidir. Uşaqların tənəffüs yolları daha həssas və kiçik ölçülü olduğu üçün onlarda simptomlar daha ağır gedir. Buna görə də astma ilə mübarizə aparmaq üçün "həkim-xəstə" işbirliyi və koordinasiyalı hərəkəti arzu olunandır.
Müəllif: Cərrah "Lor" Dr. Nigar Dadaşova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir