Qızdırma

Qızdırma

Опубликовано в: | 2019-01-15
Qızdırma
Qızdırma xəstəlik deyil, əksinə fərqli xəstəliklərin əlaməti kimi meydana çıxır. Qızdırma haqqında bədən temperaturunun 38°C-dən yüksək olması zamanı danışılır. Temperaturun ən düzgün təyin etmə üsulu onun düz bağırsaqda, qulaqda və ya ağız boşluğunda ölçülməsidir. Qızdırma xarakterinə görə aşağıdakı tipləri qeyd olunur:
-Subfebril hərarət:
-Daimi qızdırma

-Zəiflədici qızdırma
-Dəyişən qızdırma
-Qayıdan qızdırma

Qızdırmanın çeşidli səbəbləri mövcuddur. Aşağıda göstərilənlər ən çox rast gəlinən səbəblərdir:

-Yuxarı tənəffüs yollarının infeksiyaları
-Orta qulağın iltihabı (Otitis media)
-Bronxitlər
-Tonzillit (Angina tonsillaris)
-Siunsitlər (Sinusitis)
-Mədə-bağırsaq infeksiyaları
-Ağciyərlərin iltihabı (Pnevmoniya)
-Sidik yollarının infeksiyaları
-Appendisit
-Meningit
-Osteomielit
-Abses
-Bəzi spesifik infeksiyalar: (HİV, Vərəm, Borrelyoz, Malariya)
-İltihabi Bağırsaq Xəstəlikləri
-Revmatoloji xəstəliklər
-Xərçəng xəstəlikləri
-Bəzi dərman maddələri də qızdırma verə bilir.

Qızdırmanın salınması üçün hər hansı bir dərman maddəsinin özbaşına istifadə edilməsi düzgün deyil və mütləq həkimin məsləhəti ilə qəbul edilməlidir. Aşağıdakı hallarda həkimə müraciəti qətiyyən gecikdirmək olmaz:

-Çox yüksək qızdırma
-Bir neçə gün davam edən qızdıma
-Qızdırma ilə yanaşı digər şikayətlər olarsa: ürəkbulanma,
-qusma, sidiyi getmənin ağrılı olması, qarında ağrı, ümumi zəiflik və s.
-Qızdırma ilə yanaşı nevroloji əlamətlərin, qıcolmaların olması.

Müəllif: "İnfeksionis-hepatoloq" Dr. Mərdan Əliyev


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan