İshal nədir?

İshal nədir?

Опубликовано в: | 2019-01-15
İshal nədir?
İshal nəcisin miqdarında suyun və defekasiya aktının artmasıdır. Yəni, gündə üç və ya daha çox, yumuşaq və ya sulu nəcis ifrazıdır. Paralel olaraq mədə bulantısı, qusma və qarın ağrısı da ola bilər. İshalın əsas səbəbi bağırsaq infeksiyalarıdır. Səbəblər arasında norovirus və ya rotavirus kimi viruslar, campylobacter, escherichia colo, salmonella və ya şiqella kimi bakteriyalar da var.
İshal əlamətləri:
-Sulu nəcis
-Tez-tez nəcis ifrazı istəyi
-Daha çox nəcis
-Susuzluq
-Bulantı və qusma
-Tempetaturun yüksəlməsi
-Halsızlıq
-Qarın ağrısı və qaz
38,3 dərəcə və üzərində bədən temperaturası olması, orta dərəcədə və ya şiddətli qarın ağrısı olması, şiddətli bağırsaq iltihabı olduğu təxmin edilən qanlı ishal olması, ürək xəstəliyi və AİDS kimi dehidrotasiyanın ciddi nəticələrə yol açacağı, altda yatan xəstəliyi olanlar, 48 saat keçməsinə baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyən ishal varlığı, orta və ya ciddi dehidrotasiya əlamətləri olması (Gipotenziya, sidik azalması, şüur pozğunluğu kimi), ağızdan maye və qida qəbulunu əngəlləyəcək qədər intensiv qusma olması vəziyyətində, vaxt keçirmədən infeksiya xəstəlikləri və ya gastroentrologiya mütəxəssisinə müraciət edilməlidir.

Müəllif: "İnfeksionist-Hepatoloq" Mərdan Əliyev


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan