Qaraciyərin piy distrofiyası

Qaraciyərin piy distrofiyası

Опубликовано в: | 2019-01-15
Qaraciyərin piy distrofiyası
Qaraciyərdə qlikogen ehtiyatı ilə piy ehtiyatı arasında tərs mütənasiblik var. Onlardan birinin artması digərinin azalmasına səbəb olur. Normal halda qaraciyərin quru kütləsinin 5%-ə qədərini piylər təşkil edir. Lakin xəstəlik nəticəsində burada piylərin miqdarı 50-60%-ə çata bilir. Buna qaraciyərin piy infiltirasiyası deyilir. Piy infiltirasiyası qaraciyərin funksiyasını kəskin surətdə zəiflədir. İnfiltirasiyanın inkişaf etməsinin əsas səbəbləri aşağıdakılardır:
-karbohidratlarla və yağlarla zəngin qidaların qəbulu
-orqanizmdə karbohidratlardan piylərin sintezinin sürətlənməsi
-piy depolarında olan yağların sürətlə səfərbərliyə alınıb qaraciyərə gətirilməsi
-piylərin qaraciyərdən başqa toxumalara nəql olunmasının pozulması
-qaraciyərdə yağ turşularının katobolizminin sürətinin zəifləməsi.
Qaraciyərdən piy distrofiyasının nəql olunmasının pozulması, qaraciyərin ağır xəstəlikləri zamanı baş verir. Onun inkişaf mexanizmində lipotrop amillərin və tərkibində bir-neçə ikiqat rabitə olan üzvi turşuların çatışmazlığı, həmçinin antilotrop amillərin və xolesterolun artıq miqdarda qəbul edilməsi əsas rol oynayır.
Lipotrop amillərin çatışmazlığı nəticəsində qaraciyərdə fosfolipidlərin sintezi pozulur. Bu zaman neytral yağlar suda yaxşı həll olduğuna görə asanlıqla qana keçir və qaraciyərdə toplanır.

Müəllif: "İnfeksionist-Hepatoloq"  Dr. Mərdan Əliyev


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan