İnsulin Rezistenlik nədir?

İnsulin Rezistenlik nədir?

Опубликовано в: | 2019-01-15
İnsulin Rezistenlik nədir?
Ilk olaraq orqanizmdə insulinin roluna nəzər salaq: 
Insulin mədəalti vəzin Beta hüceyrələrində sintez olunan və qan şəkərinin səviyyəsini tənzimləyən hormondur. Orqanizmimiz müxtəlif hücəyrələrdən təşkil olunub ki, onlara da öz funksiyalarini yerinə yetirmək ücün enerji lazımdır.Qəbul etdiyimiz qidalar həzm sistemində qlukozaya cevrilir və huceyrələr ücün enerji mənbəyi rolunu oynayir. Həmin qlukoza insulinin köməyi ilə huceyrələrə daxil olur və enerji ücün istifadə olunur. INSULIN REZISTENTLIK zamanı nə baş verir? Huceyrələrin insulinə həssasliği olmur, insulinə düzğün cavab vermirlər və buna ğörə də qandakı qlukozanı asanlıqla hüceyrə daxilinə kecirə bilmirlər. Nəticədə qlukozanin huceyrələrə daxil olması ücün daha yüksək səviyyədə insulin lazim olur. Mədəaltı vəzin Beta hüceyrələri artan insulin tələbatını qarşılamağa çalışır və daha çox insulin sintez edir. Bir müddət sonra mədəalti vəz kifayət qədər insulin sintez edə bilmir. Kifayət qədər insulin olmadiğindan yüksək qlukoza qanda toplanir və prediabet, diabet və diğər ciddi xəstəliklərə yol açir. INSULIN REZISTENTLIYIN əlamətləri nələrdir? Təz - təz acımaq, ğecə yeməkləri, idarə olunmayan şirniyyat yemək istəyi, yeməkdən sonra yuxulamaq, tez əsəbləşmək, çəkinin artması və ariqlaya bilməmək. Insulin rezistentliyi gələcəkdə Şəkərli diabet, Ürək - damar, Hipertenziya (yüksək qan təzyiqi) kimi xəstəliklərin əmələ gəlmə riskini artırır.

Müəllif: "Endokrinoloq" Dr. Aysel Cəfərova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan