Şəkərli Diabet

Şəkərli Diabet

Опубликовано в: | 2019-01-15
Şəkərli Diabet
İnsulin çatişmamazlığı və ya təsir edə bilməməsi nəticəsində qanda şəkərin yüksəlməsinə səbəb olan xronik xəstəlikdir.Insulin tamamilə ifraz olunmursa bu 1- ci Tip Diabet, insulin azlığı və ya rezistenliyi isə 2- ci Tip Diabet xəstəliyində müşahidə olunur. 1- ci Tip Diabet əsasən kəskin və ağır klinika ilə özünü biruzə verir. 2- ci Tip Diabetdə isə simptomlar yüngül və ya hec olmaya bilər. Şəkərli Diabetin erkən aşkar olunması çox vacibdir. Uzun müddət ərzində inkişaf edən və aşkar olunmayan şəkərli diabet müxtəlif ağırlaşmalara (göz, sinir, böyrək, urək-damar) səbəb olur. Diabetin simptomlari bunlardir: •Agizda quruluq, susuzluq
•Tez-tez sidik ifrazi
•Surətli çəki itkisi
•Yorgunluq
•Yaraların gec sağalması
•Bulanıq görmə
•Dəri qaşınması.
Diabet müalicəsində məqsəd xəstənin həyat keyfiyyətini yaxşılasdırmaq və diabetin yaratdığı ağırlaşmaların qarşını almaqdır. 1- ci Tip Diabet xəstələrinə mütləq insulin müalicəsi təyin olunmalidir. 2- ci Tip Diabet xəstələrinin müalicəsində isə pəhriz, idman, antidiabetik dərmanlar və xəstəliyin irəli mərhələlərində ehtiyac olarsa insulin müalicəsi təyin olunur.

Müəllif: "Endokrinoloq" Dr. Aysel Cəfərova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan