Reflüks

Reflüks

Опубликовано в: | 2019-01-12
Reflüks
Mədə tərkibinin (turşusunun) patolojik şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər.

Səbəbləri
Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun bir müddət, çox miqdarda mədə turşu tərkibi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunda zədəyə yol açır və bu da yanma hissinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda, alt ezofaqus sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktura mövcuddur. Bu struktura turşunun qida borusuna geri gəlməsinin qabağını alaraq mədənin içində qalmasını təmin edir. Reflyuks xəstəliyində isə bu sfinkterin gərginliyi tez aralıqlar ilə zəifləyir və mədənin turşu tərkibi qida borusuna geri gəlir.

Ağırlaşmaları
Əgər reflyuks müalicə edilməzsə ciddi ağırlaşmalar meydana gələ bilər. Məsələn, qida borusunda darlıq, qanaxma və selikli qişada xərçəng qabağı bir sıra dəyişikliklərə (barrett ezofaqus) səbəb ola bilər. Sizə xəbərdarlıq etməli olan simptomlar bunlardır;
• Udma çətinliyi (disfagiya)
• Qanaxma
• Boğulma hissi, öskürək, səs qısıqlığı
• Kilo azalması

Müalicəsi
Bir çox xəstədən turşunun yuxarı gəlməsi, həyat tərzi dəyişiklikləri və dərmanlarla kontrol edilə bilər. Həyat tərzi dəyişiklikləri Siqaret buraxılmalıdır. Çünki, tütün, turşunu tənzimləyən qoruyucu mexanizmlərə zərər verir. Turşunun əmələ gəlməsinə təkan verərək və qida borusu ilə mədə arasındakı əzələlərin zəifləməsinə yol açaraq turşu reflyuksuna yol açır.
• Qazlı və turşulu içkilərdən istifadə edilməməlidir.
• Alkoqol, şokolad, kafein, qəhvə, çay, yağlı, ədviyyatlı yeməklər və pomidor kimi turşuyu artıran yeməklərdən qaçınılmalıdır.
• Arıqlamaq məsləhət görülür.
• Yatmaqdan ən az 3 saat qabaq yemək bitirilməlidir.

Cərrahi müalicə
Əgər tibbi müalicə ilə xəstələrin şikayəti keçmirsə və qanaxma. Barrett, darlıq kimi ağırlaşmalar varsa cərrahi texnikalardan faydalanmaq olar. Cərrahi texnikalar turşu reflyuksunun qarşısını alan qida borusu və mədə arasındakı təbii əngəlləri düzəldirlər.

Müəllif: "Ümumi cərrah" Dr. Telman Əmirov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan