Qırtlaq xərçəngi
Опубликовано в:
| 2019-01-09
Qırtlaq həmçinin səs bloku kimi tanınır, boğazın arxasında nəfəs borusunun (traxeyanın) qarşısında yerləşir.
Onun üç fərqli bölməsi vardır:
Hava doğru səs bağlarından buraxılarkən, onlar vibrasiya edərək səs yaradırlar.
Qırtlağın xərçəngi, həmçinin laryngeal xərçəng adlanır, elə bir xərçəng növüdür ki, o qırtlaq toxumasının içərisində inkişaf edir.
Qırtlaq xərçənginin ümumi əlamətləri aşağıdakılardır:
- səsdə xırıltı və batıqlıq kimi, izah edilə bilməyən dəyişikliklər
- udqunanda ağrı
- xirtdəkdə ağrı
ABŞ-da hər il 12,000 insan qırtlaq xərçənginə məruz qalır və onların hər il 3,800-i ölümlə üzləşir. Xəstələrin orta yaşı 63-dür. Qırtlaq xərçəngi olan xəstələrin demək olar ki, hamısı tütündən istifadə edir və onlardan çoxu, çoxlu alkoqollu içki qəbul edirlər.
Alkoqol və tütün
Faktlar göstərir ki, alkoqol və tütün qırtlaq xərçənginin ən böyük iki risk amilləridir.
Qırtlaq xərçənginin diaqnozunun qoyulması
Boğazın və boyunun fiziki nümunələri: Boğaz və boyunun anormal sahələrinin yoxlama nümunəsi. Şişmiş limfa düyünləri boyunda hiss edilir. Xəstənin sağlamlıq vərdişləri və keçmiş xəstəlikləri və tibbi müalicələrinin tarixçəsi də nəzərə alınır.
Larinqoskopiya: Qırtlağın (səs blokunun) anormal sahələrinə baxış proseduru. Qırtlağa baxmaq üçün güzgü və ya laninqoskop ağızdan daxil edilir. Toxumadan nümunələri götürmək (biopsiya) üçün larinqoskop üzərində xüsusi alətdən istifadə edilə bilər.
Endoskopiya: Orqanizm daxilində boğaz, qida borusu və traxeya kimi orqan və toxumalara baxmaq və anormal sahələri yoxlamaq üçün bir prosedurdur. Endoskop bədənin açıq hissələrindən, məsələn ağızdan bədənə daxil edilir. Toxuma nümunəsi götürmək (biopsiya) üçün xüsusi alət endoskopla birgə istifadə edilə bilər.
Cərrahiyyə:
Qırtlaq xərçəngini müalicə etmək üçün iki növ cərrahiyyədən istifadə edilir. Onlar aşağıdakılardır:
- qismən larinqektomiya
- ümumi larinqektomiya
Qismən larinqektomiya
Əməliyyata qırtlağın zədələnmiş hissəsinin cərrahiyyə yolla çıxarılması daxildir. Səs tellərinin bəzi hissələri saxlanılır ki, xəstə danışa bilsin, amma bu səs kifayət qədər xırıltılı ola bilər. Xəstə əməliyyatdan sonra ciddi nəzarət altında olmalı, requlyar olaraq yoxlanılmalıdır. Əgər şiş yayılmayıbsa və ilkin mərhələdədirsə bu üsul mümkündür, əks halda ümumi larinqektemiya tövsiyyə edilir.
Ümumi larinqektomiya
Ümumi larinqektomiya adətən qırtlaq xərçənginin inkişaf etmiş üçüncü və dördüncü mərhələsində müalicə üçün istifadə edilir. Əməliyyata qırtlağın tam çıxarılması daxildir. Yaxınlıqdakı limfa düyünlərinə xərçəng keçibsə onların da çıxarılması lazım gələ bilər.
Xəstənin səs telləri çıxarılır, və o bir daha adəti üzrə danışa bilmir. Xəstənin nitqini bərpa etməyin bir sıra yolları mövcuddur. Əgər xəstəyə ümumi larinqektomiya edilibsə, ona sabit traxeostomiya lazım gələ bilər. Boru adətən bir neçə həftədən sonra çıxarılır, və onun yeri deşik qalır. Dəridə cərrahiyyə yolla yaradılmış deşik termininə stoma deyilir.
Qırtlaq xərçəngindən sağalma
Əgər xəstədə qırtlaq tam və ya qismən çıxarılıbsa, (larinqektomiya), çox ehtimal ki, ona bir-iki gün intensiv yardım qurğusunda (ICU) qalmaq lazım gələcəkdir ki, bədən cərrahiyyə təsirindən sonra bərpa edilsin.
Qırtlaq sağalmayanadək o yemək yeyə bilmir, və bir çoxları üçün bu 7-14 gün çəkir. Bu vaxt ərzində xəstə, qarnına qoyulmuş və bir ucu burnunun altında quraşdırılmış boru ilə qidalandırılır. Amma, bəzi adamlarda sagalma hətta bir neçə ay da sürə bilər.
Xəstəyə öz stomasını necə təmiz saxlamaq barədə təlim keçilir. Həmçinin, Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş və Boyun şöbəsində Provox (Səs Protezi) istifadə edilir ki, bu da xəstələrə danışmağa kömək edir və adətən xəstələr çox razı qalırıar.
Müəllif: "Baş-boyun cərrahı" Onkoloq Dr. Əziz Əliyev.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir