Endoskopik Baş və Boyun Cərrahiyyəsi (EBBC)
Опубликовано в:
| 2019-01-09
Minimal müdaxiləli və ya endoskopik baş və boyun cərrahiyyəsi (EBBC) -cərrahların xarici kəsik aparmadan xüsusi endoskop və kameralardan istifadə etməklə və adətən nitqdə, xarici görünüşdə və udqunma funksiyasında kiçik dəyişikliyin olması və ya heç bir dəyişikliyin olmaması ilə şişlərin götürülməsinəimkan verən yeni bir dinamik yanaşmadır.
Bu endoskop xüsusi işıqlandırmaya və dar linzaya malik uzun, nazik boru olmaqla cərrahın daxili orqan və toxumalara baxmasına imkan yaradır.Boğaz xərçəngində cərrah endoskopu xəstənin ağız boşluğundan daxil edir və mikroskop şişin mükəmməl təsvirini verir. Cərrah çox dəqiq, müasir cərrahi alətlərdən istifadə etməklə, yenə də ağız boşluğundan daxil etməklə, xarici kəsik aparmadanəməliyyatı həyata keçirə bilər.
EBBC-nin bir çox üstünlükləri vardır ki, bunlardan bəziləri aşağıdakılardır:
Qan itirmə riskinin azlığı
Ağrının az olması
Xəstəxanada çarpayı günlərinin azalması
Normal qidalanmaya daha tez qayıtma və bərpa müddətinin tez olması
Kosmetik görünüşün yaxşılaşdırılması ilə çapıqların azalması
Bəzi hallarda EBBC-si boğaz xərçənglərindəkimyəvi və şüa terapiyasına olan ehtiyacı azalda və ya aradan qaldıra bilər.
Transoral endoskopik baş və boyun cərrahiyyəsi - orofaringeal sistemin şişlərinin müalicəsində yeni bir yanaşmadır.Cərrahlar robotlaşdırılmış sistemdən və (və ya) lazerdən istifadə etməklə minimal müdaxiləli metod vasitəsilə ağız boşluğundaniçəriyə daxil olurlar və beləliklə, görünüşə ziyan vermədən orofaringeal şişlərinyaxşılaşdırılmışgörüntüsünü əldə edirlər. Bu transoral daxilolma yolu nitq və udqunma funksiyalarının uzunmüddətli pozulması hallarını minimallaşdırır.
Müəllif: "Baş-boyun cərrahı" Onkoloq Dr. Əziz Əliyev.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir