Servikal displaziya haqqında!

Servikal displaziya haqqında!

Опубликовано в: | 2019-01-08
Servikal displaziya haqqında!
Servikal displaziya və ya Servikal intraepitelial neoplaziya (CİN) – uşaqlıq boynunun epitel hüceyrələrindəki patoloji dəyişikliklərə deyilir. CİN xərçəng deyil, ancaq vaxtında diaqnozu qoyulub müalicə aparılmazsa illər sonra xərçəngə keçə bilər. CİN adətən simptomsuz keçən bir patologiyadır.Xəstəlik adətən 25-35 yaş arasında olan qadınları əhatə edir. Siqaret çəkən xanımlar, çox sayda cinsi partnyoru , erkən yaşda cinsi həyata başlayan xanımlar risk qrupuna daxildilər. İnsan papilloma virusu (HPV) servikal displaziyanın etioloji faktorudur. HPV cinsi yolla keçən bir virusdur.

CIN mərhələləri:
▶️CIN 1- LSİL
▶️CIN 2, CİN 3- HSİL

CİN histoloji bir diaqnozdur.Diaqnoz anormal smear testindən sonra aparılan kolposkopiya və biopsiya materialının histoloji müayinəsi əsasında qoyulur. Müalicəsi koaqulyasiya, krioterapiya, LEEP konizasiya. Xəstə menopauza dövründə və HPV pozitiv isə histerektomiya belə aparıla bilər. Müalicədən sonra 1 il ərzində 3 ay fasilə ilə Pap test verilir, sonra isə 6-12 ay aralıqla.

Müəllif: "Onkoginekoloq" Dr. Vəfa Quliyeva

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan