Xayanın burulması
Опубликовано в:
| 2019-01-08
Xayanın burulması əsasən yenidoğulmuşlar və həddibuluğa çatmış oğlan uşaqlarında geniş yayılan, lakin istənilən yaşda müşahidə edilən təxirəsalınmaz uroloji haldır. Xayanın burulması onun tunica vaginalis-ə yaxşı fiksə olunmaması səbəbindən baş verir. Əgər xayanın aşağı qütbünün tunica vaginalis-ə fiksasiyası zəifdirsə və ya yoxdursa, bu halda toxum ciyəsi səviyyəsində xayanın burulması (öz oxu ətrafında fırlanması) baş verir ki, bu da xayaya axan arteriyal qanın azalması və xayadan axan venoz qanın gedişatına obstruksiyanın əmələ gəlməsi səbəbindən xayanın işemiyasına gətirib çıxarır. Xayanın burulması həm spontan (heç bir konkret səbəb olmadan), həm də hər hansı səbəbdən (məs., travma) baş verə bilər.
Ümumiyyətlə, qəbul edilib ki, 12 saatdan çox davam edən xayanın burulması nəticəsində yaranan işemiya səbəbindən xayalarda geriyə dönməyən patoloji dəyişikliklər baş verir. Sonsuzluq (lat. infertilitas) hətta bir xayanın burulmasından və işemiyasında sonra da inkişaf edə bilər. Buna səbəb isə xayanın zədələnməsi nəticəsində qanla xaya arasında immunoloji baryer pozulur və toxum hüceyrələri və toxum məxsus antigenlər sirkulyasiyaya düşərək onlara qarşı anticismlər formalaşır. Xaya burulmasında ağrı adətən qəfl başlayır və çox vaxt xayaların kiçik travması və ya intensiv fiziki fəaliyyətdən sonraya təsadüf edir. Bəzən ürək bulanması və qusma da müşahidə edilir. Bəzi hallarda isə, xüsusilə də, uşaqlarda, kəskin xayalıq ağrısı gecə və ya səhər baş verə bilər. Buna səbəb isə gecə və ya səhərlər REM yuxu zamanı cinsi stimulyasiya səbəbindən kremaster əzələnin (xayanı qaldıran əzələ) yığılmasıdır. Xayanın burulması zamanı onun şişməsi də baş verə bilər. Digər tərəfdən burulmadan 12-24 saat sonra hidrosele və xayalıq divarının şişməsi də baş verə bilər.
Kəskin xayalıq ağrısı ilə daxil olan xəstələrdə kremaster (xayanı qaldıran əzələ) refleksinin təyin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə zədələnmiş xaya tərəfdə budun yuxarı hissəsinin dərisini çimdikləmək və ya qələmlə incə hərəkətlərlə vurmaq və bu zaman xayanın hərəkətini müşahidə etmək tələb olunur. Normal kremaster refleksi zamanı xayanın elevasiyası (yuxarı qalxması) müşahidə edilir. Xaya burulması hallarında bu refleks adətən itmiş olur.Əgər anamnez və fiziki müayinədən sonra kəskin xayalıq ağrısının dəqiq səbəbi sual altında qalırsa, bu zaman rəngli Doppler US müayinəsi aparılır.
Xaya burulmasının müalicəsi cərrahi müdaxilədir. Cərrahi müdaxilə zamanı xaya burulmasının açılması və xayanın fiksə edilməsi təmin edilir. Burulmuş xayanın açılmasında gecikmə xayanın itirilməsinə səbəb ola bilər. Cərrahi müdaxilənin aparılması mümkün olmadıqda, burulmanın əllə açılmasına (detorsion) cəhd edilməlidir.
Müəllif: "Cərrah-Uroloq" Dr. Ramiz Abdullayev
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir