Qadın cinsiyyət orqanlarının ifrazatları
Опубликовано в:
| 2018-12-27
Qadın cinsi orqanlarında normal təbii ifrazatlardan başqa, patoloji ifrazatlarda olur. Bir çox hallarda onların miqdarı normadan artıq, yaşıl rəngə çalan, xoşagəlməz qoxulu, müəyyən miqdarda qan və irin qarışığı ilə qarışmış və s. xüsusiyyətlərə malik olur. Əksər hallarda belə ifrazatların səbəbi qadın cinsi yollarının iltihabı xəstəlikləri (vaginit-uşaqlıq yolunun iltihabı, servisit-uşaqlıq boynunun iltihabı və s.) olur. Bu xəstəliklər müalicə olunmadıqda daha ağır patoloji xəstəliklərin yaranmasına səbəb ola bilərlər. Buna görə də qeyd edilən patoloji ifrazatlar müşahidə edildiyi bütün hallarda mümkün qədər tez olmaqla ginekoloqa müraciət etmək lazımdır.
Müəllif: "Cərrah Mama-ginekoloq" Dr. Fəxranə Hüseynzadə
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Müəllif: "Cərrah Mama-ginekoloq" Dr. Fəxranə Hüseynzadə
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir