Flebektomiya
Опубликовано в:
| 2018-12-27
Flebektomiya – anesteziya altında varikoz damarların çıxarılmasıdır (təyin edilmiş nahiyədə kiçik bir kəsik meydana gətirilir və patoloji olaraq genişlənmiş damar çıxarılır).
Müasir dövrdə bu cür cərrahi müalicə taktikası tədricən arxa planda qalmışdır. Klassik Flebektomiya əməliyyatı olduqca uzun müddətə bərpa edilən, həmçinin əməliyyatdan sonrakı dövrdə daha çox fəsadların yaranma riski olan bir əməliyyat texnikasıdır. Miniflebektomiya ilə varikoz damarlarının çıxarılması zamanı ayaq hissəsində bir neçə kiçik punksiya edilir. Klassik üsuladan fərqli olaraq, Miniflebektomiya daha tez-tez istifadə edilir, ümumi anesteziya tələb etmir və klassik Flebektomiya əməliyyatından daha qısa bir reabilitasiya dövrü vardır.
Müəllif: "Ürək-damar cərrahı" Dr. Arzu Məmmədov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir