Yırtıqların əmələ gəlmə yerləri
Опубликовано в:
| 2018-12-27
İnsanın qarın divarında zəif yerlər var - göbək, qasıq kanalı, qarının ağ xətti (qarının ortasından gedən xətt). Bu yerlərdə yırtıqların əmələ gəlməsi riski daha çoxdur. İrsiyyətin də burada böyük rolu var. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvündə yırtıqlar olur. Buna səbəb əzələlərin zəif olmasıdır. Digər səbəblər arasında - ağır əşyaların qaldırılması və daşınması, qadınlarda hamiləlik və doğuş, güclü və uzunmüddətli öskürək, piylənmə.
Bundan əlavə əməliyyatdan sonra çapıq yerində yırtıqlar əmələ gələ bilər.
Xəstəliyin əvvəlində fiziki gərginliklər zamanı yırtıq olan yerdə yüngül ağrılar ola bilər. Xəstəlik inkişaf etdikcə insan qarın nahiyəsində oval formasında qabartmanın olmasını müşahidə edir. Bu o deməkdir ki, qarın divarında yırtıq qapısı əmələ gəlib. Bu yırtıq qapısından dəri altına yırtıq kisəsi çıxır ki, bu yırtıq kisəsində daxili orqanlar (bağırsaq ilgəkləri, piylik və s.) olur. Yırtıq fiziki işlə, idmanla məşğul olmağa mane olur, ağrılara səbəb olur. Ən əsası isə odur ki, yırtıq kisəsində olan daxili orqanların normal fəaliyyəti pozulur, orqanlar travmalara məruz qalır, bitişmələr əmələ gələ bilər.
Xəstəliyin əvvəlində xəstə özü yırtığı yerinə sala bilir, lakin vaxt keçdikcə yırtıq böyüyür və onu yerinə salmaq mümkün olmur. Nəticədə yırtıq boğula bilər. Bu isə çox ciddi ağırlaşmadır.
Yırtıq qapısına çıxan daxili orqanlar (adətən bağırsaq ilgəkləri) geriyə, öz qanuni yerinə qayıda bilmir və nəticədə burada nekroz (toxumaların həlak olması) inkişaf edir.
Müəllif: "Cərrah-proktoloq" Dr. Elvina Səlimova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir