Frigidlik və ya libido zəifliyi
Опубликовано в:
| 2018-12-24
Frigidlik və ya libido zəifliyi – anorqazmiya, cinsəl həssaslığın və oyanıqlığın azalması ilə xarakterizə olunan cinsi funksiyaların pozulmasıdır. Bu zaman bütün mümkün cinsi tərəfdaşlara qarşı istək itir. Yenə də, buna baxmayaraq cinsi əlaqəyə girərsə, heç bir şəkildə cinsi həzzə - orqazma çata bilmir. Qeyd etmək lazımdır ki, belə qadınarda cinsi oyanmaya cavabdeh zonalar ümumiyyətlə aktiv olmur.
Qadınlarda libido zəifliyi özünü bir neçə formada göstərir:
- Ümumiyyətlə seksə qarşı marağın olmaması – belə hallarda, xüsusilə nigahda olan qadınlar bu prosessə məcburi prosedur kimi münasibət göstərirlər.
- Orqazm olmasa belə, cinsi əlaqə zamanı müəyyən xoş hissiyyatların olması – belə hallarda əsas məsuliyyət cinsi tərəfdaşın primitiv seksual davranışı üzərinə düşür. (Xarici cinsiyyət üzvlərində orqanik patologiya inkar olunmalıdır.)
- Cinsi tərəfdaşla seks zamanı mümkün olmayaraq, yalnız özünüboşaltma (masturbasiya) vasitəsilə orqazma çatmaq – belə qadınların daha dəqiq və diqqətli fikir cəmlənməsinə və konsentrasiyaya ehtiyacı olduğundan cinsi tərəfdaşın kiçik bir qeyri-düzgün hərəkəti bütün cinsəl istəyi pozur.
- Əvvələr orqazm yaşamış, lakin hər hansı bir somatik xəstəlik, cərrahi əməliyyat, doğuş və ya psixoloji travmadan sonrakı hipolibidemiya - bu zaman ikincili frigidizm diaqnozu qoyulur və səbəbi dəqiq araşdırılaraq aradan qaldırılmasına yönəlmiş müalicə aparılır.
Frigidliyin növləri, səbəbləri və simptomları:
Növləri:
- Həqiqi frigidlik – cinsiyyət orqanlarının anatomik olaraq qeyri-düzgün formalaşması və ya hansısa travmadan sonrakı dəyişikliyi ilə xarakterizə olunur. Bununla əlaqədar qadın sadəcə olaraq anatomik problem səbəbindən prosessdən həzz ala bilmir və orqazma çatmır.
- Yalançı frigidlik – sosial, psixoloji və fizioloji səbəblərin təsirindən formalaşmış firgidlik hesab olunur.
Sizdə frigidlik varmı, sualına cavab vermədən bir neçə başqa suallara cavab vermək lazımdır:
Erotik mövzularda yuxular görürsünüzmü?
Seksual fantaziyalarınız olurmu?
Uzunmüddətli sığallardan minimal da olsa cinsəl oyanma hiss edirsinizmi?
Bu suallardan ən az birinə “BƏLİ” cavabı verdinizsə, narahat olmayın – sizdə frigidlik yoxdur.
Frigidliyin simptomları çox müxtəlif olsa belə, onları üç əsas qrupa bölmək olar:
- Anorqazmiya – heç bir halda orqazmın olmaması, özünüboşaltma (masturbasiya) daxil.
- Cinsi əlaqə zamanı laqeydlik və heç bir emosiyanın olamaması.
- Cinsi akt zamanı xoş olmayan mənəvi və fiziki narahatçılıq.
Səbələri:
- Bacarıqsız və ya tənbəl cinsi tərəfdaş;
- Aktiv stimulyasiya zamanı orqazma çatdırabiləcək daha həssas zonalarını özünün bilməməsi;
- Hamilə qala bilmə qorxusu;
- Ağrılı deflorasiya (bakirəliyin pozulması), cinsi təcavüz (zorlanma), hamiləliyin pozulması (abort) kimi cinsi münasibətlə əlaqəli müxtəlif psixoloji travmalar;
- Hormonal fonun pozulması;
- Qadına özəl, anatomik quruluş səbəbindən meydana çıxan ağrı və ya diskomfort;
- Zamanında sonadək müalicə olunmayan ginekoloji və zöhrəvi xəstəliklər, həmçinin sidik-cinsiyyət sistemi xəstəlikləri;
- Hamiləlik;
- Zahılıq dövrü – adətən keçici olur və qadın orqanizminin yorğunluğu və resursların tükənməsi fonunda meydana çıxır;
- Əmzirmə dövrü. Bu zaman hipofiz tərəfindən ifraz olan prolaktinin miqdarı həddən artmış olarsa libido zəifliyinə səbəb olur.
- Tərəfdaşın fiziki və ya emosional qəbul edilməməsi;
- Vaginizm – uşaqlıq yoluna hər hansı bir şeyin daxil olunması və hətta toxunulması zamanı ağrının olması, ağır formalarında isə bu haqqda düşünülməsi belə ağrılı olan çanaq dibi əzələlərinin spazmıdır.
- Spirtli içkilərin, psixotrop və narkotik preparatların qəbulu;
- Eynicinsəllik (homoseksualizm);
- Uşaq yaşlarındakı psixoloji travma (məs: üç yaşadək ana nəvazişinin olmaması);
- Seksual qadağalarla zəngin müəyyən dini meylli və ya ənənəvi (puritan) ailə tərbiyəsi;
- Seksual tərəfdaşlar arasındakı emosional soyuqluq;
- Orqazma çatmaq fikri ilə həddən artıq konsetrasiya;
- Gecikmiş cinsi yetişkənlik;
- Stress;
- Komplekslər, özgüvənin olmaması, öz bədənindən utanması;
- Uzun müddətli cinsi pəhriz (seksin olmaması).
Müalicə.
Bu xəstəlik birincili və ikincili olur.
Birincili – cinsi istəyi heç oyanmamış hallara şamil edilir. Bu adətən, hələ bir dəfə də olsun orqazm yaşamamış qadınlara aiddir. Yaxşı xəbəri ondadır ki, əksər hallarda qadın bircə dəfə də olsun cinsi akt zamanı orqazm yaşayan kimi prosessə marağını artıraraq tam olaraq aradan qalxır.
İkincili – orqanizmin daha ağır psixofizioloji pozğunluğudur. Buna səbəb kimi müəyyən şəraitdə alınmış cinsi aktla əlaqəli psixoloji travmalar, müxtəlif orqan və sistemlərin, xüsusilə sidik-cinsiyyət sisteminin xəstəlikləri, uzun müddət qeyri-kafi ətraf mühit şəraitində yaşamaq göstərilə bilər.
Vacib məqamlardan biri odur ki, sizə frigidlik diqnozu qoyulubsa, öz axarına buraxmayın. Müalicə olunmalıdır. Beləki, xroniki hala keçərsə müalicəsi çətinləşmiş və proqnozu dəfələrlə pisləşmiş olar.
Bir çox hallarda cinsi tərəfdaşınızla meydana çıxan simptomlar haqqında danışmaq, həll yollarını axtarmaq.
Müəllif: "Ginekoloq" Dr. Ramil Teymurov
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir