Mədə-bağırsaq xəstəlikləri

Mədə-bağırsaq xəstəlikləri

Опубликовано в: | 2018-12-22
Çinarə Səfərova - Mədə-bağırsaq xəstəlikləri
Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və s.-dir.
Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində, yemək yeyən zaman və ya yeməkdən 2-3 saat sonra ola bilər.
Ürəkbulanma və qusma mədə əzələlərinin geriyə peristaltikası ilə əlaqədardır.
Qıcqırma turş mədə möhtəviyyatının qida borusuna düşməsi ilə əlaqədardır, bu hal mədə turşuluğu artdıqda müşahidə edilir. Bağırsaqlarda qaz çox əmələ gəlib, yavaş irəlilədikdə xəstənin qarnı köpür və ona əziyyət verir.
Mədəyə soyuq olduqda, qidalanma gigiyenası pozulduqda qastrit baş verir. Vaxtında düzgün müalicə aparılmazsa, xroniki qastritə keçir.
Xroniki qastrit isə müəyyən dövrlərdə kəskinləşmələr verərək, daim xəstəni narahat edir. Bu da müalicə olunmazsa, mədə xorasına, bağırsaqların iltihabı və xora xəstəliyinə keçə bilər. Ona görə də mədə-bağırsaqda hər hansı bir xəstəlik başlandıqda, tez müalicə etmək lazımdır. 

Müəllif: "Qastroenteroloq", "Revmatoloq" Dr. Çinarə Səfərova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan