Böyrək xəstəlikləri hansılardır?
Опубликовано в:
| 2018-12-22
Bədənimizdəki hər orqanda olduğu kimi böyrəklərimizin də bəzi xəstəliklərə tutulma riskləri vardır. İndiki vaxtda məlum olan bir neçə böyrək xəstəliyi vardır, bunlar;
Nefrit: nefronların iltihablaşması nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəlik böyrək çatışmazlığının meydana gəlməsində ən başlıca səbəblərdən biridir.
Böyrək daşları: sidik yollarında yaranan iltihab nəticəsində, əgər bir tıxanma olarsa, buradakı maddələr çökərək bədənimizdə böyrək daşlarını meydana gətirir. Bunun nəticəsində böyrək daşları, böyrəkdə ciddi mənada şiddətli ağrı və qanamalara səbəb olur. Bəzən bu xəstəlikdə sidiyin qanlı çıxdığı da müşahidə olunur.
Böyrək Xərçəngi: Böyrək xərçəngində orta yaş həddi və uşaq şişi olmaqla, iki cür şiş vardır. Orta yaş şişinə "renal hüceyrəli karsinoma" deyilir. Uşaq şişinə isə "vilms şişi" deyilir. Bu iki şişin əlaməti isə, sidiyin qanlı olması və qarındakı sancılı ağrılardır. Əgər şiş erkən diaqnoz edilsə müalicə şansı yüksəkdir.
Böyrək çatışmazlığı: Xroniki böyrək çatışmazlığı böyrəklərin tam olaraq, vəzifəsini yerinə yetirməməsi nəticəsində ortaya çıxır. Bu xəstəliyin olub olmadığını, qanımızdakı qreatini və sidiyi analiz etməklə öyrənmək mümkündür.
Böyrək xəstəliklərinin əlamətləri nələrdir?
Yuxarıda qeyd etdiyimiz böyrək xəstəliklərinin əlamətləri, digər xəstəliklər kimi özünü tez biruzə vermir. Böyrək xəstəliklərinin ümumi əlamətləri isə;
• Tez-tez sidiyəçıxma
• Nəfəs darlığı
• Qarın nahiyəsində davamlı ağrı
• Sidiyin qanlı gəlməsi
• Davamlı bulanma halı
• Sidiyə çıxa bilməmək
• Ayaq və əllərdə şişmə.
Əgər böyrək xəstəliyindən şübhələnirsinizsə, sidik analizi verərək, bu şübhələrdən xilas ola bilərsiniz. 6 aylıq proseslərdə aparılacaq sidik analizləri böyrək xəstəliklərinin erkən diaqnozunda çox əhəmiyyətlidir. Bu zaman müalicə edilmə ehtimalı daha yüksəkdir.
Böyrək xəstəliklərindən xilas olmaq üçün şəfalı bitkilərin faydası böyükdür. Şəfalı bitkilərdən istifadə öncəsi həkiminizlə məsləhətləşərək, təsdiqlədiyi təqdirdə əlavə bir müalicə üsulu kimi qəbul edə bilərsiniz.
Böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkilər bunlardır;
•Badam: Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür.
•Paxla: Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları da salmağa kömək edir.
•Çiyələk: Sidik yollarını təmizləməyə çox kömək olur.
•Gicitkan: Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını da təmizləyir.
•Cəfəri: Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.
• Turp: Böyrəklərdə olan mikrobları öldürərək , böyrəkdə olan daş və qumların tökülməsinə kömək edir.
• Üzüm: Böyrək qumları və daşlarının salınmasına kömək olur .
Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır.
Müəllif: "Qastroenteroloq", "Revmatoloq" Dr. Çinarə Səfərova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir