Onkoloji Xəstələrlə İş

Onkoloji Xəstələrlə İş

Опубликовано в: | 2018-12-20
Onkoloji Xəstələrlə İş
Onkoloji Xəstələrlə İş Onkoloji diaqnozu ilk eşitdiyimizdə əksəriyyət insanların necə təsviş və həyəcan keçirtdiyinin şahidi olmuşuq. Əməliyyatdan sonra tamamilə sağalma ehtimalı olan xəstələr belə sonrakı illərdə xəstəliyin yenidən yarana bilmək qorxusunu itirmirlər.

Psixoloqların onkoloji xəstələrlə apardığı iş gözəl nəticələr vermişdir. Öz müşahidələrimdən gəldiyim nəticələrə əsasən deyə bilərəm ki,onkoloji xəstələr

1) Xəstəlikdən öncəki
2) Diaqnozu eşidən zaman
3) Kimya-terapiya zamanı
4) Terapiyadan
sonra Sanki müxtəlif insanlara çevrilirlər.

       Onko-xəstələr çox həssas olurlar, ən adi söz belə onları “dərindən yaralaya “ bilir. Psixoloji müayinə zamanı ruh düşkünlüyü, depressiya, aqressiya, illərlə yığılmış qəlb inciklikləri və s. aşkar olunur. Xəstələrin sağalması üçün psixoloji söhbət onların yaxınları ilə də aparılır. 

       1701 ci ildə ingilis həkimi Qendron xəstələr üzərində apardığı müşahidələrdən belə nəticəyə gəlmişdir ki, ”xərçəng hüceyrələri və bizim yaşadığımız həyatı faciələrin arasında sıx əlaqə var”.

      Q.Yungun (psixoloq-psixoanalitik) və E.Evans (həkim-psixoloq) “ Psixoloji nöqteyi - nəzərdən xərçəngin tədqiqi” adlı kitabında insanın psixoloji (ruh) halının bu xəstəlik zamanı (sağalma və metastatik prosesslər) böyük rol oynadığını göstərib sağalmanı “ əgər xəstə pozitiv fikirləşərsə “də görüb. Kitabın müəllifləri 100 nəfər xərçəng diaqnozlu xəstələrdə aparılan psixoloji metod və müayinələrdən belə nəticəyə gəlmişlər ki, “xərçəng həllini tapmamış həyati məsələlərin simptomudur”. 

      Xəstələrin həyatını psixoanaliz etdikdə məlum olmuşdur ki, onların 80% -i gənclikdə ağır həyat tərzi keçirmiş, tənhalıqdan əziyyət çəkmiş, təkrarlanan stresslər yaşamış insanlardır. 20% xəstələr isə “özünə qapanmış” pasientlərdir.

      Belə insanlar hamı üçün yaxşı olmaq prinsipini əsas tutaraq bütün qırğınlıqları özlərində saxlayanlardır. Nyu Yorkda S.Banson “Ümumdünya həkimlərin konfransında” məruzə edərək bildirilib ki, xərçəng xəstəliyi 

1) Depressiyanın
2) Ruh düşkünlüyünün
3) İnfeksion xəstəliklərin (immune sistemini zəiflədən)
4) Daimi stresslərin
5) Xroniki yorğunluğun nəticəsidir

      1979-cu ildə avstraliyalı tarixçi öz müşahidələrində yazmışdır : sevdiyi insanı itirənlərin əksəriyyətində xərçəng diaqnozu aşkarlandı”.

Doktor Hammerin tədqiqatından məlum olmuşdur ki, ” Xərçəngin yaranmasının səbəbi (ən başlıca!) insanın keçirtdiyi kritik vəziyyətlər, psixoemosional gərginliklər, neqativ fikirlərdən yaranan psixoloji travmalar insanın bədənində “Donmuş” qaranlıq çöküntü yaradır .Donmuş emosiyaların yığıntısı neyron sisteminin fəaliyyətinə maneələr yaradaraq qapalı kontur əmələ gətirir. Qan dövranı pisləşir, yüngül insult halları əmələ gəlir, neyrohumoral balans pozulur. Sağlam hüceyrələrin qidalanması pozularaq həyat fəaliyyətini ləngidir. Şiş yaranması (canser) emosional travmanın orqanizmin hansı yerini zədələməyindən asılıdır. Əgər immun sistem güclüdürsə şiş hüceyrələri Dr.Hammerin dediyi kimi “tələyə düşür” və sinir heceyrələri ilə birgə sağalma baş verir. Hammer vurğulayır ki uşaqlıqda alınan psixoloji travmalar “ xərçəng” yarada bilməz! 

      Dünya konfranslarında həkimlərin qəbul etdiyi qərara görə xərçəng xəstəliyini yaradan səbəblər:

1. İmmun sisteminin zəifləməsi (müasir tədqiqatlara əsasən “cancer”hüceyrələri demək olar ki, bütün orqanizmlərdə olur. İmmun sistem möhkəm olduqda bu hüceyrələr məhv olur, əks halda xəstəlik başlayır)
2. Təkrarlanan soyuqdəymələr
3. Ciddi infeksion xəstəliklər
4. Emosional gərginlik
5. Stresslər
6. Xroniki yorğunluq
7. Yersiz dietalar 
8. Sinir sisteminin bəzi xəstəlikləri
9. Heyro humoral sistem
10.Hormonal pozğunluq

Bütün bu sadalanan xəstəliklər immun sistemini zəiflədir və nəticədə xərçəng xəstəliyi yaranır.
      Məhz xəstəlikdə uğur qazanmaq üçün xəstələrin ruh halında pozitiv düşüncələr yaratmaq lazımdır.

      Onkoloji xəstələrlə psixoloji iş planı:
1. Psixokorreksiya metodu
2. Açar sözlərin işlədilməsi ( xəstələr bəzi sözlərə qarşı çox həssas olurlar)
3. Multidisiplin yanaşma
4. Aparılan kimya terapiyanın effektliyinin artırılması üzrə psixoloji iş 
5. Psixofarmokoloji vasitələrdən istifadə (əgər xəstənin psixoloji halında göstəriş olarsa)
6. Empatiya- özünü qarşı tərəfin yerinə qoyaraq xəstəni anlama
7. Xəstəlik haqqında adekvat məlumatın verilməsi (müayinə, diaqnoz, müalicə, ola biləcək fəsadlar)
8. Onkoloji xəstələrdə ART- terapiya
9. Xəstəlik zamanı xəstələrin psixoloji reaksiyalarındakı xüsusiyyətlərin öyrənilməsi
10. Hospis faktorunun öyrənilməsi (ölümə məhkum olmuş xəstələrdə optimal psixoterapevtik mühitin yaradılması)
11. Onkoloji xəstələrin daha pozitiv olmaları üçün bəzi psixoterapevtik üsulların aparılması (psixodramalar, estetoterapiyalar, nağıl terapiyası və s.) 12. Şəxsiyyət- xəstəlik problemlərinin öyrənilməsi (bu metod xəstələrdə psixoloji komplekslər üzə çıxarır psixodinamik metod)
13. Ölümünün təxmini vaxtını bilən xəstələrdə şok reaksiyanı psixoloji metodlarla azaltmaq
14. İnkaretmə reaksiyası ilə mübarizə
15. Aqressiya reaksiyası (kimdir günahkar)
16. Depressiv reaksiya ilə mübarizə
17. Özünün xəstəliyini qəbuletmə, öz taleyi ilə barışma
18. Neqativ hisslərdən azad olmaq
19. Pozitiv düşüncələri artırmaq

      İşin praktik dəyəri

Bütün sadalanan metodlar onkoloji klinikalarda və hospislərdə məqsədyönlü, individual, kompleks şəklində aparılan psixoterapevtik proqramdır. 

Proqramın əsas mahiyyəti onkoloji xəstələrə köməkdir. Onların xəstəliyə baxışını dəyişərək maksimal yaxşı nəticəni almaqdır.

Bununla insanlarda bu xəstəlikdən “qorxmaq” yox “qalib gəlmək” ruhunu qaldırmaqdır.

       İşin məzmunu

Bir psixoloq olaraq bu işdə ən böyük marağım:

1) Son illər onko-xəstələr arasında suisid hallar artıb
2) Yeməkdən imtina , müalicədən imtina( passiv suisidə meyillidir)
3) Depressiv-həyəcan sindromunun azalması
4) Obsessiv-fobiya sindromunun aradan qaldırılması
5) Apatiya ilə mübarizə
6) Astenik- depressiv vəziyyətlə mübarizə
7) Autizasiya sindromu (özünü təcridetmə) ilə mübarizə

P.S. 
2015-ci ilin sentyabrında atam mədə ağrılarından əziyyət çəkməyə başladı, endoskopik müayinə ciddi bir şeyin olmadığını bildirdi. Müalicə olundu, hər şey yolunda gedərkən atam yeməkdən imtina etdi və 2 aya 32 kq arıqladı! Çox təkid etdim gəl Bakıya, gəlmədi. Bir gün sübh tezdən zəng vurdu ki, “Qızım qaytaranda qan gəldi”. Biz həkimlər buna “Melena” simptomu deyirik. Çox təkidlərdən sonar Bakıya gəldi və Milli Onkologiya xəstəxanasında müayinələrdən keçdi. Biopsiya materialı “canser” hüceyrələrini göstərdi və təcili əməliyyat olundu. Bu xəbəri alanda tək idim və həkimlə görüşəndə “atanı itirə bilərsən” dedi. Atam maşında məni gözləyirdi, vəziyyət o qədər ciddi idi ki, onu xəstəxanada saxladılar. Mən şam ağacının altında dayanıb ağladım, sanki bütüb onunla bağlı həyat gözümdə canlandı… Göz yaşlarımı sildim və gülə-gülə ona yaxınlaşıb dedim ki, “doktor deyir atanız qalsın, çünki mədəsi yuyulmalıdır”. Atam çox haldan düşmüşdü, gözlərində həyat sönmüşdü, sakit səslə soruşdu:

“Qızım sən həkimsən, düzünü de mən xərçəngəm?”
Mən isə iradəmi toplayıb güldüm və “Yox ay kişi, nə xərçəng? Sadəcə orqanizmdə zəhərlənmə başlayıb, poliplər var”.

       Beləcə atamı aldadıb əməliyyata göndərdim. Şükr sağ-salamatlıqla çıxdı. Əməliyyatdan sonra MRT-də qarın limfa düyünlərində hiperemiya (qanaxma qorxusu) aşkarlandı. Kimyaterapiya məsləhtət görüldü. 5 ay atam kimyaterapiya aldı! Çox əsəbi, aqressiv olmuşdu ( əslində pozitiv insandı). Mənə niyə kimyaterapiya verirlər deyəndə başa saldım ki, diaqnoz nədir. Onun psixo-emosional vəziyyətini yüksək olması üçün çox psixoloji metodlardan istifadə etdim! Daha sonra 5 ay “ftorofuril” qəbul etdi (həb şəklində) immun sistemi qaldıran qidalara üstünlük verdik, hər gün 3 dəfə telefon əlaqəsi saxlayırdım, yaşadığımız ən gülməli şeyləri xatırlayıb gülürdük, maraqlı filmlərə baxırdıq. Atamın sağlamlığında yaxşı tərəfə güclü dəyişikliklər başladı. Hər dəfə ona “Sən güclüsən” deyəndə fəxrlə deyirdi “mənim gücüm sənsən qızım!”.

       Müalicə zamanı sakitləşdirici dərmanlardan istifadə etdim , bitki mənşəli çaylar, kompotlar, quru meyvələr və s. üstünlük verdim. 

       2016-cı ilin dekabrında atam Moskva şəhərinə getdi və orada xəstəxanaların 1-də yoxlandı. Həkim bildirmişdi ki, sizdə xərçəng yoxdur (где рак?), o harda olub?

Həmin gün çox sevindik! Bu bizim qələbəmiz idi!!! Biz Bacardıq! Mən Milli Onkoloqiyanın həkimlərinə Elman həkim, Niyazi həkim, Emin həkim və bütün kollektivə minnətdaram! 

Atam deyir məni sən sağaltdın! Biz bacardıq! Mən qohumlarımızda olan bəzi xərçəng xəstələri ilə psixoloji iş apardım, inanın onların həyata və xəstəliyə baxışları dəyişdi! 

Bu işlərimi sizlərlə bölüşmək istərdim. Maraqlısı isə odur ki, özümdə də bu diaqnoz aşkarlandı: Qalxanvari vəzin papilyar karsinoması, modulyar dəyişiklik. 

Həyatımda keçirtdiyim stresslər, yuxusuz gecələr, yersiz dietalar məndən yan keçmədi. Bilirsinizmi dostların reaksiyasını? Onlar uzaqlaşdılar halbuki illərlə onların ağrı-acılarında mən daha yaxın olmuşam. .. Əməliyyat oldum, hamı yanımda idi, sonra depressiya başladı ( radioaktiv yoddan sonra ), dostlar yoxa çıxdı.. 

      Hamıdan hər şeyi gizlətsəmdə gözlərim bütün həqiqəti deyirdi. 

Çox yardım etdiyim insanlardan biganəlik, soyuqluq gördüm. O qədər halsız idim ki, ev işlərini güclə görürdüm. Ən yaxın rəfiqəm bu vəziyyətdə mənə işə gəlmə dedi..(Təsəvvür edirsiniz də ruh halımı ) İşdən çıxartdı!

      2-ci dəfə yenə radioaktiv yod aldım, özümlə mübarizə başladı, hamıya güclü olduğumu sübut etdim! 

Yenə qalib gəldim! Mən təbiətən öz ruh əzablarımı gizlətməyi bacaran insanam.

Bütün motivasiyamı dəyişdim, daha çox xərçəng diaqnozu olan insanlar ilə görüşdüm, onların sirdaşı oldum, çoxlarında yaxşılaşma baş verdi (yaxınları ilə mütəmadi söhbət, necə rəftar olunmalıdır) 

     Bu gün mən yenə qalibəm!
Bəzi etapları çıxmaq şərti ilə hamılıqla bu xəstəliyə qalib gələ bilərsiz!

Çox tanınmaz hala düşmüşdüm, TSH yüksəkliyindən çəkim artmışdı (az miqdar yemək qəbulu zamanı, iştahım yox idi, yeməkdən diksinirdim, gündə 1 dəfə güclə yeyirdim) .Təsəvvür edirsiz illərlə salamlaşdığım insanlar məni tanımırdılar. 

Bəzi üzdən iraq “xanımlardan” gör nə gündədir kəlmələrini eşidirdim o qədər gücdən düşmüşdüm ki, dolu su stəkanını tuta bilmirdim...

     Zamanla özümü ələ aldım və xəstəlik yox mən güclüyəm deyib özümlə psixoloji işə başladım (sanki mən yox yad adamla iş aparmış kimi) 

Mən çox nailiyyətlər qazandım. Əminəm ki, Sizlər daha güclüsünüz! 

     Mən öz övladlarıma sonsuz minnətdaram! Bu hekayəni sizə anlatmaqda məqsədim özünüzə inam, xəstəliyə qalib gələcək güclü qüvvənin məhz ” Özünüzün olmağını “göstərməkdir.

Müəllif "Psixoloq" Dr. Könül Abbasova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan