Burun sınıqları

Burun sınıqları

Опубликовано в: | 2018-12-18
Burun sınıqları
Burun sınıqları üz sümüklərinin sınıqları arasında birinci yeri tutur.

Burun sınıqları həm ayrıca burun sümüklərinin, həm də burun çəpəri ilə birlikdə baş verə bilər. Yüngül travmalarda (səthi sıyrıntılar, yüngül əzilmələr) ilk yardım evdə göstərilə bilər. Burun sümüyü və burun çəpərinin sınmasına şübhə olarsa, tez bir zamanda bu sahə üzrə ixtisaslı yardıma müraciət etmək lazımdır. Burun travması ödemlə müşahidə olunduğundan, həkimlər cərrahi əməliyyatı həmin gün apara bilmirlər, ona görə də müalicə həmişə konservativ terapiya ilə başlanır. Burnun üst sümüyü sınıq olmadan, sadəcə zərbdən bata bilər.
Hər bir halda burunla nəfəsalmanı və burnun xarici görünüşünü bərpa etmək üçün sınmış sümüyü yerinə qoymaq lazımdır. Burun travması nəticəsində burnunuzda əyilmə, böyümə, deformasiya yaranıbsa plastik cərrahiyyə vasitəsi ilə siz həm nəfəs almağınızı asanlaşdıra bilərsiz, burnunuzun əvvəlki vəziyyətini qaytara bilərsiz və hətta əvvəlkindən də gözəl bir burun əldə edə bilərsiz.

Müəllif: Cərrah "Lor" Dr. Nigar Dadaşova

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan