Plazmaferezin müalicəvi təsiri

Plazmaferezin müalicəvi təsiri

Опубликовано в: | 2018-12-12
Plazmaferezin müalicəvi təsiri
Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. ✔️Plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır. 

Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: 
bütün orqanlarda qan dövranı yaxşılaşır,
kapilyar qan dövranının sürəti artır,
toxumaların ödemi azalır, 
hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, 
yerli iltihabi reaksiyalar zəifləyir,
qan durulaşır.

Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır.
✔️Plazmaferez nəinki qanı həmçinin hüceyrə və toxumalarıda pataloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) pataloji maddələrdən təmizləyir. Orqanizmi təmizləmə metodları arasında effektivlik, keyfiyyət və təhlükəsizlik baxımından effektiv metodlardan biri də plazmaferezdir.

Müəllif: "Plazmaferez" Dr. Ağa İsmayılov

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan