Mammoplastika
Опубликовано в:
| 2018-12-12
Hər bir qadının arzusu ideal sinəyə malik olmaqdır. Bəziləri kiçik, bəziləri isə böyük süd vəzisindən şikayət edir. Urəyiniz istəyən sinəyə sahib olmaq heç də çətin deyil. Mammoplastika əməliyyatı ilə siz arzu etdiyin görünüşə malik ola bilərsiniz.
Sinə böyüdülməsi,yəni “mamoplastika” , sinənin xüsusi protezlər – slikonlar vasitəsilə böyüdülməsidir. Protezlər əməliyyat vasitəsilə sinəyə yerləşdirilir. Mammoplastikaya nə vaxt ehtiyac duyulur? Hamiləlik zamanı, körpəyə süd verərkən və ya arıqlayarkən sinə əvvəlki görünüşünü itirir, daha sallaq forma alır. Bu hallarda “mamoplastika” ya müraciət edə bilərsiniz. Süd vəziləri kiçik, sallaq, formasını itirmiş vəziyyətdə olan, 18 yaşını tamamlamış hər bir qadına edilə bilər. Bu çox asan bir əməliyyatdır. Bəzən yerli keyitmə, bəzənsə narkozla edilir. Proses 30-60 dəqiqə davam edir.
Silikon seçilərkən qadının bədəninin ölçüləri,forması və qadının arzusu nəzərə alınır. Protezlər bəzən əzələ altına, bəzənsə üstünə yerləşdirilir. Buna isə həkim sizin bədən ölçülərinizi nəzərə alaraq qərar verir. Çox vaxt qadınları əməliyyatizi narahat edir. İz qalması normal bir haldır. Amma kəsik elə formada aparılır ki, o, qadına çox da narahatçılıq verməsin. Bu iz isə zamanla solğunlaşır. Silikonlar ömürlükdür. Pasient istəməsə onlar çıxardılmır.
Bəzən süd vəzilərinin böyüklüyündən şikayətlənən xanımlar da olur. Bunların balacalaşdırılması mümkündür. Sinənin böyük olması görünüşü pozmaqla yanaşı, onurğa xəstəliklərinin yaranmasına da gətirib çıxarır. Bu zaman “sinətoplama” əməliyyatından istifadə edilir. Süd vəzisindəki artıq piy çıxarılır, normal formaya gətirilir. Bu proses iki saat davam edir.
Müəllif: "Cərrah" Dr. Mehriban Məlikova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir