Diabetik ayağa qulluq

Diabetik ayağa qulluq

Опубликовано в: | 2018-11-23
Diabetik ayağa qulluq
Diabetik ayaq qarşısı alına bilən xəstəlikdir! Diabetik ayaq problemlərinin qarşısının alınması və müalicəsində ən əsas nöqtə təlim sonrası öyrəndiklərinizə əməl etməkdir. Həm xəstə, həm də xəstə yaxınları təlimli olmalıdırlar.

Yalnız ayağa düzgün qulluq və qanda şəkərə nəzarət amputasiyaları 85%-ə qədər azaldır! Ən gözəl müalicə xəstəliyin qarşısını almaqdır.

Nələrə diqqət etməlisiniz?

Ayaq təmizliyi – Ayaqları hər gün ilıq su ilə (30-350C) yuyun. Ayağınızı, xüsusilə də barmaqların arasını yuduqdan sonra yaxşıca qurulayın. Barmaqlararası istisna olmaqla, ayağa nəmləndirici ayaq kremləri çəkin.
Ayaq müayinəsi – Hər gün daban və barmaqlararası nahiyə başda olmaqla, ayağın üstünə və altına diqqətlə baxın. Ayağın altını daha yaxşı görmək üçün güzgüdən istifadə edin və ya bunu etməyi evdəkilərdən xahiş edin.
Dırnağa qulluq – Duşdan sonra dırnaqları yumşaqkən əyri (ᴖ) yox, düz (­) kəsin. İti kənar saxlamayın, əks təqdirdə qonşu barmaqlarınız zədələnə bilər.

                        

Necə ayaqqabı geyinməliyik?

Geniş, ayağınıza rahat oturan, ayağınızın ölçüsünə uyğun ayaqqabı seçin.
Ayaqqabılarınızı corabsız geyinməyin. Tikişsiz, dar olmayan pambıq corablar geyinin.
Hündür dabanlı, ucu dar, barmaq arasına girən, çox açıq ayaqqabılar geyinməyin.
Hər dəfə ayaqqabını geyinəndə ayaqqabınızın içində yad cismin olub-olmadığını yoxlayın, bunu gözünüzdən başqa əlinizlə və aya ayaqqabının içini sirkələyərək edin (daş qırığı, qum və s. ola bilər).
Təzə ayaqabbını 2 saatdan artıq geyinməyin.
Ayaqqabı alarkən onu günün ikinci yarısı seçin, çünki günün sonuna doğru ayaqda şişkinlik artar.
Əgər ayaqda deformasiya (ayaq quruluşunda dəyişiklik) varsa, xüsusi ortopedik ayaqqabılardan istifadə edin.
Ayaqqabınızın içini həftədə 1 dəfə nəm, sabunlu parçayla silin.
İdman edərkən xüsusi sport ayaqqabılar geyinin.

                                    



Diqqət…! Nələri etmək olmaz?!

Ayağı isitmək üçün isitqaclardan, radiatorlardan,sobalardan və ya digər istilik mənbələrindən istifadə etməyin! Çünki diabet xəstələri sinir zədələnməsinə bağlı istiliyi, ağrını hiss etməzlər və özləri belə fərqində olmadan ayaqlarında dərin yanıqların əmələ gəlməsinə səbəb olarlar.
Evdə və çöldə (çimərlik və s.) ayaqyalın gəzməyin!
Ayaqqabını corabsız geyinməyin!
Ayaqda döyənək varsa, onu kəsməyə çalışmayın və ya döyənək üçün plastırlardan istifadə etməyin!
Tərkibində spirt olan ayaq vasitələrindən istifadə etməyin!
2 saatdan artıq davamlı oturmayın!
Ayağınızı sıxan corablardan istifadə etməyin.
Siqaret və alkoqoldan istifadə etməyin!
Duş qəbul etməmişdikdən öncə suyun istiliyini ya əlinizlə yoxlayın, ya daki evdəkilərdən birinə yoxlatdırın. Suyun temperaturunu qeyd olunan qaydada yoxlamadan vannaya addımınızı atmayın (diabetik neyropatiyaya bağlı ayaqlarınız istini hiss etməyə bilər)!
Qan şəkərləriniz normada saxlayın!

Müəllif: Diabetik ayaq mərkəzi


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan