Əzələlərdə olan ağrılar

Əzələlərdə olan ağrılar

Опубликовано в: | 2018-11-22
Əzələlərdə olan ağrılar

Müxtəlif lokalizasiyalı əzələlərdə olan ağrıların səbəbi bir çox hallarda miofassial sindrom ola bilir. Bu zaman əzələlərin bəzi lifləri daimi yığılmış vəziyyətdə olur ki, bu da əzələ tonusunun artmasına, lokal və irradiasiya edən ağrılara, hərəkətin məhdudluğuna səbəb olur. Belə əzələ lifləri triqqer nöqtə adlanır. Boyun və bel nahiyəsində olan ağrıların əksəriyyəti bu səsəblə əlaqədar olur.

Əsas səbəbləri: 
 Əzələlərin həddən artıq gərilməsi.
 Stereotip davamlı hərəkətlər nəticəsində xroniki əzələ yüklənməsi.
 Emosional gərginlik, stress nəticəsində yaranan əzələ gərginliyi.
 Travmalar və onların nəticələri.
 Onurğanan, dayaq-hərəkər sisteminin xəstəlikləri və inkişaf anomaliyaları.

Miofassial sindromun diaqnostikasında instrumental və laborator müayinələrin rolu demək olar ki yoxdur, onlar digər patologiyaları inkar etmək üçün istifadə olunur. Bəzən yığılmış əzələ liflərini USM ilə müəyyən etmək olur. Diaqnoz şikayət, anamnez və ən əsas manual olaraq əzələlədə triqqer nöqtələrin aşkar edilməsi ilə dəqiqləşdirilir.

Müalicə kompleks şəkildə, medikamentoz, relaksasiya, müalicəvi gimnastika, triqqerlərin lokal blokadası və quru punksiyası, massaj, fizioterapiya tədbirlərinin tətbiqi ilə aparılır.

Profilaktika:
 Dayaq hərəkət sistemi xəstəliklərini vaxtında müalicə etmək.
 Keyfiyyətli yuxu şəraitini təmin etmək (ortopedik matras, ortopedik balış və s.).
 Uzunmüddətlı əzələ gərginliyi, soyuq və stresslərdən bacardıqca uzaq olmaq.
 Qimnastıka.
 Çəkiyə nəzarət, eyni zamanda qısa zaman ərzində çəkini azaldan pəhrizlərdən üzüq olmaq. 
 Əzələləri sıxan və gərgin saxlayan geyim aksessuarlarıdan (kəmər, korset, çanta və s.) davamlı istifadə etməmək.
 Bədənin davamlı əlverişsiz statik vəziyyətləri zamanı mütəmadı qimnastika, gəzinti və s. fiziki hərəkətlərdən istifadə etmək. ( monitor, planşet, mobil telefon istifadəçiləri, oturaq işlə məşğul olanlar və s.)

   

Müəllif: "Nevroloq" Dr. Babək Aslanov.



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan