Uşaqlığın mioması

Uşaqlığın mioması

Опубликовано в: | 2018-11-17
Uşaqlığın mioması
Uşaqlığın mioması (fibroma və ya fibromioma da adlanır) – uşaqlığın hormonlardan asılı olan xoşxassəli şişi olub, qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir.

Mioma xərçəng şişi olmadığı üçün onu xoşxassəli şiş adlandırırlar. Ancaq bəzi hallarda mioma bədxassəli şişə də keçə bilər.

Miomanın əmələ gəlməsinə, uşaqlığın və onun artımlarının kəskin və xroniki xəstəlikləri, yumurtalıqların kistası və kistomaları, abortlar (süni uşaqsalmalar) və digər bu kimi patoloji hallar təkan verə (aktivləşdirə) bilər. 
Uşaqlığın mioması əksər hallarda qadına heç bir narahatlıq vermir və adətən, həkim-ginekoloq tərəfindən profilaktik müayinə zamanı təsadüfən aşkar edilir. Digər hallarda isə uşaqlığın mioması yaranmış olduqda, qadında qarının aşağı hissəsində, belində ağrı hissiyyatı, qanaxma, cinsi əlaqə zamanı ağrı, aybaşı tsiklinin pozulması, qarın ölçüsünün xeyli böyüməsi kimi əlamətlər əmələ gələ bilər.

Mioma uşaqlığın xarici, orta və daxili qişalarında yerləşə bilər. Bunlardan ən təhlükəli olanı isə daxili qişada yerləşən miomalar hesab edilir. Belə miomalar uşaqlıq boşluğunun formasını dəyişir və adətən, hər ay xeyli həcmdə qanaxmalara səbəb olaraq qanda hemoqlobinin kəskin şəkildə azalmasına səbəb olur

İri ölçülü miomalar qonşu orqanlara təzyiq edərək həzm və sidik ifrazı sistemlərinin funksiyalarını da poza bilər. Miomatoz düyünün hansı orqana təzyiq göstərməsindən asılı olaraq, xəstələrdə düz bağırsaq, sidik kisəsi, nazik bağırsaqlar nahiyəsində ağrılar, qəbizlik, tezləşmiş və ya çətinləşmiş sidik ifrazı kimi əlamətlər də mövcud ola bilər.

Uşaqlığın mioması sonsuzluğa da səbəb ola bilər. Belə ki, şiş uşaqlıq boşluğunun formasını dəyişərək mayalanmış yumurta hüceyrəsinin uşaqlığın daxili səthinə bitişməsinə mane olur.

Müəllif: "Ümumi cərrah" Dr. Telman Əmirov


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan