Nefroptoz

Nefroptoz

Опубликовано в: | 2018-11-12
Nefroptoz
Böyrəyin sallanması, onun patoloji hərəkətli olmasına deyilir. Sağ tərəfdə daha çox təsadüf olunur. İki tərəfli visseroptoz (splonxnoptoz) fonunda olur.
Böyrəyin bağ aparatının zəifliyi və travma nəticəsində onun zədələnməsi, güclü arıqlama, qarının ön divarının tonusunun azalması nəticəsində qarındaxili təzyiqin azalması xəstəliyə səbəb olur.

Nefroptoz uzun illər latent gedişə malik olabilər.Nefroptozun 3 dərəcəsi ayrılır:

I dərəcə - nəfəs aldıqda, ayaq üstə böyrəyin aşağı qütbü əllənir. Xəstədə həç bir şikayət və obyektiv dəyişikliklər müşahidə olunmur.
II dərəcə - vertikal vəziyyətdə böyrək aşağı düşür və damar ayaqcığı ətrafında rotasiya edir, odur ki, böyrək tam əllənir, horizontal vəziyyətdə böyrək öz yerinə qayıdır.Xəstələrdə ümumi şikayətlər, nevrotik hallar müşahidə olunur.
III dərəcə - böyrək təbii yerindən aşağı düşür, qarın boşluğunun başqa nahiyələrində, böyük ve kiçik çanaqda ola bilər.Bu zaman böyrək damarlarının dartilmasi nəticəsində böyrək qan dövranı pozulur, sidik axarının qatlanması isə urodinamik dəyişikliklərə səbəb olur. Xəstələrin bel nahiyyəsində və hətta bütün qarın boşluğunda ağrılar müşahidə olunur.Eyni zamanda asteno-vegetativ dəyişikliklər: başgicəllənmə, bayılma, ürəkdöyünmə, meteorizm, qusma, stulun pozulması və s. müşahidə olunur.
Müalicə prinsipləri xəstəliyin mərhələsi və ağırlaşmalardan asılı olaraq seçilir.
I, II mərhələdə konservativ terapiya tövsiyə olunur.Nefroptoz ağirlaşmalarla müşayiət olunursa (pielonefrit, arterial hipertenziya, fornikal qanaxmalar, hidronefrotik transformasiya) xəstəyə cərrahi əməliyyat - nefropeksiya (böyrəyin öz yerinə fiksasiya olunması) məsləhət olunur.

Müəllif: "Cərrah-uroloq" Dr. Ramiz Abdullayev.


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan