Proktit
Опубликовано в:
| 2018-11-07
Düz bağırsağın (bağırsağın son hissəsi) əsas vəzifəsi həzm olunmamış qida qalıqlarının orqanizmdən xaric olunmasıdır. Düz bağırsaq kiçik çanaqda yerləşir və hər tərəfdən piy toxuması ilə əhatə olunur. Düz bağırsağın divarları selikli qişadan və əzələlərdən ibarətdir ki, bu əzələlər nəcis kütlələrini itələtir. Düz bağırsağın selikli qişası çoxlu miqdarda selik ifraz edir ki, bu selik nəcisin asan keçməsini təmin edir. Defekasiya (nəcisin ifraz etməsi) mürəkkəb refleksdir.
Defekasiya aktında çoxlu sinirlər və əzələlər iştirak edir.
Məhz bu səbəbdən düz bağırsağın selikli qişasında çoxlu sinirlər var. Düz bağırsağın selikli qişasının iltihabı "proktit" adlandırılır. İltihab prosesinə piy toxuması qoşulduqda buna "paraproktit" deyilir. Proktit və paraproktit çox yayılmış xəstəliklərdir. Bu xəstəliklər müxtəlif yaşda insanlarda inkişaf edir. Proktitin əmələ gəlmə səbəbləri müxtəlifdir: - istiotlu, ədviyyatlı qidalardan, spirtli içkilərdən süi-istifadəsi, - bəzi infeksion xəstəliklər (süzənək, sifilis, vərəm və s. infeksiyalar), - xroniki qəbizliklər, - parazitar xəstəliklər (qurdlar)
Müəllif: "Cərrah-proktoloq" Dr. Elvina Səlimova.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir